İnsanların qızıllarını mənimsəyən falçı saxlanılıb - FOTO

Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

09 İyun

2018
11:09
2542
İnsanların qızıllarını mənimsəyən falçı saxlanılıb - FOTO

Biləsuvar rayonunda vətəndaşları fala baxmaq adı ilə aldadaraq onların pul və qızıl-zinət əşyalarını mənimsəyən qadın saxlanılıb. FaktXəbər bildirir ki, Elena Pavlovna Kalaşnikova Biləsuvar rayon sakinlərinin polis şöbəsinə etiyi mürəciət əsasında aparılan axtarışlar zamanı cinayəti törədən şübhəli şəxs qismində saxlanılıb. 

Aparılan istintaq zamanı məlum olub ki, özünü sakinlərə Emilya kimi təqdim edən fırıldaqçı qadın müxtəlif vaxtlarda Astara, Şirvan , Sabirabad və Xaçmaz rayonlarında, eləcə də Bakı şəhərində də xeyli sayda oxşar cinayət əməlləri törədərək vətəndaşların pul və qızıl zinət əşyalarını dələduzluq yolu ilə mənimsəyib. Elena Pavlovna istintaqa verdiyi ilkin ifadə zamanı törətdiyi cinayət əməllərini etiraf edib.

Qeyd edək ki, saxlanılan şəxs əvvəllər də dələduzluq və soyğunçuluqda ittiham edilərək 9 il məhkumluq həyatı yaşayıb.

Biləsuvar Rayon Polis Şöbəsindən (RPŞ) "Report"un yerli bürosuna bildirilib ki, Elena Pavlovnanın oxşar cinyət əməllərindən zərəçəkən şəxslərin Daxili İşlər Nazirliyinin “102” çağrı mərkəzinə zəng etmələri xahiş olunur.

Faktla ağlı araşdırmalar aparılır.//Report

Məqalədə : falçı 
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


20-08-2018 12:29



  (+994 70) 870-47-49       (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com