Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

09 İyun

2018
10:14
`Avropa Şurasında Azərbaycanla qərəzli qərarlar qəbul olunub`

"Bu il Azərbayan və Avropa arasında münasibətlər fərqli olacaq". FaktXəbər APA-ya istinadən bildirir ki, bunu bu gün Bakıda keçirilən Avropada Mühafizəkarlar və İslahatçılar Alyansının sammitində Avropada Mühafizəkarlar və İslahatçılar Alyansının prezidenti, Avropa Parlamentinin Beynəlxalq Ticarət Komitəsinin vitse-prezidenti, Avropa Parlamentinin üzvü Yan Zahradil deyib.

Avropada Mühafizəkarlar və İslahatçılar Alyansının prezidenti deyib ki, bu il Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi qeyd olunur: "Təəssüf ki, parlament üsul-ilarəsinə əsaslanan bu Cümhuriyyət cəmi 2 il hökm sürüb. Dünən prezident İlham Əlyiev mənimlə görüşdə bildirdi ki, 9 Avropa ölkəsi Azərbaycanla strateji əməkdaşlıq sazişi imzalayıb. Ümid edirəm ki, bu dövlətlərin sayı artacaq. Təəssüf ki, Avropa Şurasında Azərbaycanla bağlı birtərəfli və qərəzli qərarlar qəbul olunub, buna son qoymaq lazımdır".

Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin
Məqalədə : Yan Zahradil 
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


15-10-2018 18:49



  (+994 70) 870-47-49       (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com