Azərbaycan istehsalı avtomobillər satışa çıxarılır – QİYMƏTLƏR

Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

08 İyun

2018
15:22
2489
Azərbaycan istehsalı avtomobillər satışa çıxarılır – QİYMƏTLƏR

Neftçala Sənaye Məhəlləsində Azərbaycan istehsalı olan “Khazar” avtomobillərinin təqdimatı olub.

FaktXəbər-in məlumatına görə, tədbirdə bildirib ki, istehsal olunan avtomobillər AVRO-5 standartlarına tam uyğundur və “Made in Azerbaijan” brendi ilə xarici bazarlara da satışa çıxarılacaq.

İldə 10 min avtomobil istehsal etmək gücündə olan zavod cari ilin sonuna kimi “Khazar” LD və “Khazar” SD modellərindən olmaqla ümumilikdə 1500 ədəd avtomobil istehsal etməyi düşünür. Növbəti ildə isə istehsal 3000 avtomobilə çatdırılacaq.

Avtomobillər ilkin olaraq Bakı şəhərinin Badamdar qəsəbəsində yerləşən Avtomobil Satış Mərkəzində satışa çıxarılacaq. Daha sonra isə regionlarda satış mərkəzlərinin açılması planlaşdırılır.

Avtomobillərin qiymətinə gəldikdə deyə bilərik ki, “Khazar” SD 16 min manat, “Khazar” LD isə 18 mindən təklif olunur. Avtomobilləri həm nağd, həm də köçürmə yolu ilə əldə etmək mümkün olacaq. 20% ilkin ödəniş etməklə 4 il müddətinə lizinq yolu ilə də maşınsa sahib olmaq mümkündür.

Məqalədə : Khazar 
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


19-08-2018 16:00



  (+994 70) 870-47-49       (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com