Uşaq telefon aldırmaq üçün öz oğurluğunu səhnələşdirdi-FOTO

Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

08 İyun

2018
15:18
2488
Uşaq telefon aldırmaq üçün öz oğurluğunu səhnələşdirdi-FOTO

Çinin Leşanya şəhərindən olan 13 yaşlı Syaotszyuan anasından telefon pulu almaq üçün öz oğurluğunu səhnələşdirib. FaktXeber.com-un məlumatına görə bu barədə Daily Mail xəbər yayıb.

Bildirilir ki, Syaotszyuan başqa nömrədjən anasına zəng edərək telefonda «Ana, ana!» deyə qışqırıb. Qadın hələ heç nə anlamamış oğlan bir daha qışqırıb və dəstəyi asıb.

3 saat keçmiş yeniyetmə yenidən anasına zəng edib və hönkürərək vağzalda oğurlandığını deyir. Bir müddətdən sonra qadın oğlunun vəzəinə 50 min yuan ödəməsi üçün «oğrulardan» ismarıc alır.

Effektin güclülüyü üçün Syaotszyuan özünün ağlamış və ağzı bağlanmış şəklini yollayır.

Qadın pulu ödəcəyinə söz verir və dərhal polisə yollanır. Bu müddət ərzində uşaq yenidən zəng edir və bildirir ki, 4 kişi onu əli-qolu bağlı halda çarpayının altına salıb. Polis bu məsələdən dərhal şübhələnir: Qarətçilər çətin ki, girovlarını mobil telefonla tək qoyardılar.

İki günlük axtiarışdan sonra Syaotszyuan evlərindən 1 saatlıq məsafədə yerlşən otel nömrəsində aşkarlanıb.

Gənc valideynlərinin ona daha çox diqqət ayırmaları üçün butun etdiyini bildirib. O, həmçinin deyib ki, 50 min yuanla özünə mobil telefon almaq istəyib.

Yeniyetmənin bu təşəbbüsünə görə cəzalandırılacağı isə məlum deyil.

Məqalədə : İnsan oğurluğu 
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


19-08-2018 15:58



  (+994 70) 870-47-49       (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com