Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

08 İyun

2018
14:33
2886
AİP Qüds günü ilə əlaqədar Şəhidlər Xiyabanını ziyarət edib - FOTO

Hər il Ramazan ayının son cümə günü bütün dünyada Beynəlxalq Qüds günü qeyd edilir. Yürüşlər, mitinqlər təşkil olunur, İsrailin Fələstini işğal etməsi qınanır. Qüds günü artıq uzun illərdir dünyada Fələstinin işğalı, müsəlmanların ilk qibləsinin yad edilməsi tarixinə çevrilib.

FaktXəbər-in məlumatına görə, Azərbaycan İslam Partiyasının rəhbərliyi də Beynəlxalq Qüds günü ilə əlaqədar "Qarabağa və Qüdsə azadlıq" devizi ilə Şəhidlər Xiyabanını ziyarət edib və şəhidlərin qəbri üzərinə qərənfillər düzüblər.

"Əbədi məşəl" qarşısında Qüds günü ilə bağlı çıxışlar olub. Tədbirin sonunda qətnamə oxunub, şəhidlərimizin və zülümkar rejim tərəfindən məzlumcasına şəhid edilmiş müsəlman qardaşlarımızın ruhlarına dualar edilib.

Azərbaycan İslam Partiyası üzvləri Şəhidlər Xiyabanını ziyarətdən sonra "Əbədi məşəl" kompleksi qarşısında işğalçı rejimlərə qarşı etiraz Qətnaməsi oxuyub:

"Yaşadığımız 2018-ci il tarixə  qanla yazılmış səhifələrdən birini də əlavə etdi. Fələstinin Qəzza bölgəsində sionist İsrail rejiminin cinayətkar dəstələri məzlum ərəb övladlarını, qoca, qadın, körpələrini öz qanlarına buladı. Əliyalın insanlar zalım xuntanın zülm daşıyıcılarının ölümsaçan güllələrinə tuş gəldilər. Amerikanın dəstəyi, dünyanın susqunluğu, sionizmin cəllad siması Qəzzada çoxsaylı insanın qətlinə, minlərlə günahsızın ağır yaralanmasına səbəb oldu. İsrail hakimiyyətinin cinayətkar addımı bu gün İslam dünyasını ciddi sınaq qarşısında qoymuşdur. 

Biz aksiya iştirakçıları hesab edirik ki, bünövrəsi İslam İnqilabının Böyük Rəhbəri İmam Xomeyni tərəfindən qoyulmuş Beynəlxalq Qüds Günü İslam aləminin, müsəlman torpaqlarının xilası, müqəddəs dinimizin təhdidinin qarşısının alınması üçün başlanğıc və mühüm stimuldur. Müsəlmanların ilk qibləsi, tarixən əmin-amanlıq və sülh şəhəri sayılan müqəddəs Qüds şəhərini “biz”dən “mən”ə tənəzzül edən İsrailin sionist rəhbərləri bu gün qan gölünə çevirmək istəyindədirlər. 20-ci əsrin ortalarından başlayaraq Fələstin xalqına dəhşətli və böyk fəlakətlər yaşadan, xüsusən 1968-1969-cu illərdə Məscidül-Əqsanın bir hissəsini yandıran bəşəri cinayətkarların bu əməlləri cavabsız və cəzasız qalmamalıdır. Biz İslam dünyasını, müqəddəs dinimizin gələcək taleyini düşünə bilən bütün  dünya müsəlmanlarına üzümüzü tutub deyirik. Düşmənə qarşı birliyimiz gələcək səadətimizdirsə, parçalanmağımız və biganəliyimiz zəlalətimizdir.

 1982-ci ildə Fələstinin azadlığına dəstəyi sinvolizə edərək İslam dünyasının, ədalətin, haqqın, insani dəyərlərin qurtuluşu və qorunmasından ötrü düşünülərək təyin olunan Beynəlxalq Qüds Günü hesab edirik ki, eyni zamanda bütün müsəlman xalqlarının azadlığı, istiqlaliyyəti, İslam torpaqlarının qəsbkarlardan təmizlənməsinin simvolu sayılmalıdır.  

Biz uzaqgörən nəzərlərlə müəyyənləşən unudulmaz təqvimin sionist İsrail qondarma dövlətinin qəsbkarlıq anlamında olan bütün siyasətinin qarşısının alınması üçün müsəlmanların mübarizə bayrağına çevriləcəyinə inanırıq. Sülhsevər bəşəriyyəti, müsəlman dövlətlərinin liderlərini, o cümlədən Azərbaycan hakimiyyətini dünya xalqlarını, habelə öz milliyyətindən olan yəhudiləri kölə vəziyyətinə gətirmək niyyəti güdən sionist İsrail rəhbərlərini və onların zülmünə baş əyən, girovuna çevrilən dəstələri təcrid vəziyyətində saxlamağa, əmr və tövsiyyələrini icra etməməyə çağırırıq.

Bütün dünyada zülmə qarşı etirazı özündə ehtiva edən bu tarixi gündə zalımlara nifrət hissi alovlanmaqdadır. Rəhm və mərhəmətdən uzaq olan qəsbkar rejimin əməlləri artıq İslam vəhdətini keçilməz, zülmdən qurtuluş üçün əvəzlənməz bir zərurətə çevirmişdir. İşğalçı siniflərə himayədarlıq edən  güc mərkəzləri-bəzi Qərb dairələri, başda  ABŞ olmaqla yeni müstəmləkəçilik, istismarçılıq, müsəlman xalqlarına qarşı əsarət niyyətlərini reallaşdırmaqla sionizmdən diqqəti yayındırmağa çalışırlar. İraqın, Əfqanıstanın, Liviyanın, Suriyanın, o cümlədən Azərbaycanın tarixi torpaqları olan Dağlıq Qarabağın, digər müsəlman torpaqlarının hərbi təcavüzə  məruz qalması, müqəddəs torpaqların istismarçı dövlətlərin qəsbkar ordu qüvvələrinin nəzarətində saxlanması Beynəlxalq Qüds Gününün böyük əhəmiyyətinə,  İslamın və müsəlman dünyasının taleyində  mühüm önəm olmasına diqqətlə yanaşmağı tələb edir. 

Sözsüz ki, İslam vəhdəti ilə, zülmün, istismarın, işğalın və qəsbkarlığın qarşısında  birgə dayanmaqla həmin mərkəzlərin niyyətlərini puç etmək mümkündür. Biz bütün dünya müsəlmanlarını öz ölkələrinin istismarçı dövlətlər tərəfindən, başda sionist İsrail reyimi olmaqla  silah satışı bazarına çevirməsinə yol verməməyə çağırırıq. Onların məqsədi müsəlmanların rifahı və xoşbəxtliyinin təminatı deyil, bizləri qarşı-qarşıya qoyaraq məhv etməkdir. Bununla onlar dünyanı nəzarətdə  saxlamaq, mənəviyyatımızı aradan aparmaq, malik olduğumuz maddi sərvətlərimizi ələ keçirmək istəyindədirlər. 

Biz tədbir iştirakçıları bu günü bəşəri bir dəyər hesab edir,  insanlığın qurtuluşu üçün İslam dininin özü qədər vacib, ictimai-siyasi, mənəvi-psixoloji bir amil  kimi qiymətləndiririk. İnanırıq ki, birliyimiz, həmrəyliyimiz, vəhdətimizlə bütün müsəlman torpaqlarını, o cümlədən Azərbaycanımızın ayrılmaz hissəsi olan Qarabağımızı azad edəcəyik." 

Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


17-07-2018 23:16



  (+994 70) 870-47-49       (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com