Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

08 İyun

2018
14:18
1371
“ASAN xidmət”ə müraciətlərin sayı 22 milyona çatıb

“ASAN xidmət”ə 22 milyonuncu vətəndaş müraciəti qeydə alınıb.Bu barədə FaktXəbər-ə Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin İnformasiya təminatı şöbəsindən məlumat verilib.

Bu müraciətin sahibi Bakı şəhər sakini Nigar Balakişiyeva olub. O, 9-108 sifarişli Səyyar ASAN xidmətə müraciət edərək Daxili İşlər Nazirliyi tərəfindən həyata keçirilən şəxsiyyət vəsiqələrinin verilməsi və dəyişdirilməsi xidmətindən yararlanıb.

22 milyonuncu müraciətin sahibi kimi Nigar Balakişiyeva təşəkkürnamə və simvolik hədiyyələrlə mükafatlandırılıb.

Qeyd edək ki, sosial həmrəyliyin təmin edilməsi məqsədi ilə səyyar xidmətlər kənardan qulluğa və yardıma ehtiyacı olan 1-ci qrup əlillər və sağlamlıq imkanları məhdud uşaqlar üçün əlavə səyyar xidmət haqqı ödənilmədən həyata keçirilir.

Xidmətin sifarişi 9-108 nömrəli “Çağrı” mərkəzinə zəng etməklə və ya www.asan.gov.az saytı vasitəsi ilə mümkündür. 

Məqalədə : ASAN xidmət 
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


20-06-2018 17:26



  (+994 70) 870-47-49       (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com