Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

07 İyun

2018
14:12
DİM sonuncu sınaq imtahanı ilə bağlı məlumat yayıb

Dövlət İmtahan Mərkəzi  I-IV ixtisas qrupları üzrə ali təhsil müəssisələrinə qəbul olmaq istəyən abituriyentlər üçün iyunun 10-da respublikanın 12 şəhər və rayonunda keçiriləcək sonuncu sınaq imtahanı ilə bağlı məlumat yayıb.

DİM-in mətbuat xidmətindən verilən məlumata görə, imtahanlar Bakı, Sumqayıt, Abşeron, Naxçıvan, Gəncə, Mingəçevir, Şəki, Bərdə, Göyçay, Şirvan, Lənkəran, Xaçmaz şəhər və rayonlarında, ümumilikdə 26 binada təşkil olunacaq.

İmtahanda iştirak etmək üçün yazılış internet vasitəsilə aparılıb və 5282 abituriyent qeydiyyatdan keçib.

Sınaq imtahanı 1 növbə üzrə keçiriləcək və bütün binalarda saat 11:00-da başlanacaq. İmtahanların idarə edilməsi üçün 38 imtahan rəhbəri, 363 nəzarətçi-müəllim ayrılıb.

Abituriyentlərin nəzərinə çatdırılır ki, imtahan binalarına buraxılış yalnız abituriyentin şəxsiyyət vəsiqəsinin əsli və "İmtahana buraxılış vərəqəsi" əsasında həyata keçirilir. Göstərilən sənədlərindən biri olmayan, imtahana şəxsiyyət vəsiqəsinin surəti ilə gələn, başqasının şəxsiyyət vəsiqəsi ilə qeydiyyatdan keçən abituriyentlər imtahana buraxılmır.

Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin
Məqalədə : sınaq imtahanı 
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


16-10-2018 02:03



  (+994 70) 870-47-49       (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com