Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

07 İyun

2018
13:01
Paşinyan hökumətinin narkobaron məsləhətçisi

Ermənistanın baş nazir müavini məsləhətçisinin qəribə tərcümeyi-halı

Ermənistanın baş nazirin müavini Tiqran Avinyanin fərmanıyla sabiq baş nazir Ovik Abramyanın əsas köməkçi işləmiş, Ermənistanın Odessadakı keçmiş konsulu Qeorqi Muradyan baş nazirin müavinin məsləhətçisi vəsifəsinə təyin olunub.

FaktXəbər-in məlumatına görə, Paşinyan hökumətinin yeni nümayəndəsi Qeorqi Muradyanın adı erməni mətbuatında hələ bir neçə il əvvəl də hallanıb. Belə ki, Q.Muradyan erməni telekanallarından birində çıxan həftəlik polis verlişi – “02” proqramının qəhrəmanlarından biridir.

“Qraparak” qəzetinin yazdığına görə, Qeorqi Muradyan 2006-cı ildə böyük ölçüdə kokainin qaçaqmalçılığı üstündə həbs edilibmiş. Nəşr qeyd edir ki, böyük ölçülü çamadanlarda gizlədilən 300 qr kokain ABŞ xüsusi xidmət orqanları tərəfindən aşkar edilərək götürülmüş, araşdırma zamanı bağlamaların Q.Muradyan tərəfində göndərildiyi təstiq olunmuşdu. Nəticədə, Q.Muradyan Ermənistanda tutularaq həbs edilmişdi.

Lakin bir müddət sonra Muradyan azadlığa çıxır. Atası Ermənistanın Xarici İşlər Nazirliyinin ən köhnə və hörmətli diplomatlarından biri olan Eduard Muradyan öz  əlaqələrindən istifadə edərək onu həbsdən çıxarmağı bacarır. Həbs edilənə qədər Xarici İşlər Nazirliyində hansısa bir əhəmiyyətsiz vəzifədə işləyən Muradyan, bundan sonra atasının xahişi ilə sonralar ölkənin baş naziri olmuş, Ermənistan Parlamentinin spikeri Ovik Abramyanın yanında işə düzəlir. Beləliklə, Abramyanın himayəsi ilə Q.Muradyan onun əsas köməkçisi vəzifəsinə qədər gəlib çatır.

2012-ci ildə Serj Sarkisyanın fərmanı ilə Qeorqi Muradyan Odessada Ermənistanın baş konsulu vəzifəsinə təyin olunur.

Daha bir maraqlı fakt ondan ibarətdir ki, Q.Muradyanın baş nazir müavininin məsləhətçisi olması barədə rəsmi xəbər 6 iyun 2018-ci il tarixində bəyan edilsə də, onun facebook səhifəsində 17 gün əvvəl, yəni may ayının 20-də hökümətdə işə başladığı barədə qeydlər olub.

Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin
Məqalədə : Ermənistan Paşinyan Muradyan 
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


23-10-2018 06:58



  (+994 70) 870-47-49       (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com