Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

07 İyun

2018
12:27
`Azərişıq` ASC daha bir yenilik etdi

“Azərişıq” ASC "ASAN Xidmət" mərkəzlərində “İstehlakçının balansında olan elektrik şəbəkələrinə və avadanlıqlarına texniki xidmətin göstərilməsi” xidmətini təqdim edib.

FaktXəbər bildirir ki, ki, bunu bu gün keçirilən mətbuat konfransında qurumun Perspektiv inkişaf və “ASAN xidmət”lə iş idarəsinin rəisi Elsevər Rüstəmli deyib.

E.Rüstəmlinin sözlərinə görə, bu xidmət vasitəsi ilə 500-dən artıq xidmət həyata keçiriləcək:

"Yeni xidmət vasitəsi ilə bonentlərə kabel xətlərinin diaqnostikası, zədələrin təyini, istənilən hava şəraitində xətlərə baxış, ağacların budaqlarının neytrallaşdırılması, köhnə dayaqların dəyişdirilməsi, ildırımdan mühafizə troslarının ölçülməsi, transformatorlara baxış, yağ əlavəsi, gərginliyin nizamlanması, açıb-qoşma əməliyyatları, özəl müəssisələrin balansında olan yarımstansiyalarda daimi növbətçiliyin təşkili, açarların dəyişdirilməsi, ölçü cihazlarının quraşdırılması və ümumilikdə 500-dən çox əməliyyatlar həyata keçirilir. Bu xidmətin abonent üçün kifayət qədər üstünlükləri və xeyiri var. Məsələn, hansısa istehlakçının balansında olan yearaltı kabel və ya hava xəttində nasazlıq yaranır və bunun səbəbi bilinmir. Sözsüz ki, xəttin diaqnostikası, zədəli yerin ən qısa vaxta təyin edilməsini bütün maddi texniki bazası mövcud olan “Azərişıq”-dan kənar hansısa elektrik işçisinin həyata keçirməsi mümkünsüz görünür. Ən azı ona görə ki, aparatların tapılması, bundan sonra lazım olan mal materialın axtarılaraq alınması, iş aparmaq üçün elektrikin kəsməsinə icazə almaq, yeraltı kabeldirsə ərazinin qazılması və örtülməsi, hava xəttidirsə kranın və başqa texnikanın gətirilməsi vaxt itkisi ilə yanaşı ikiqat xərcdir. Üstəlik onun elektrik təhlükəsizlik qaydalarına uyğun olub-olmayacağı da şübhə altındadır. Lakin bu iş “Azərişığ"ın peşəkar kadrları tərəfindən ən müasir avadanlıqlarla həyata keçiriləndə həm istehlakçıların işi asanlaşır, həm təhlükəsizlik tədbirləri artırılır, həm vaxta qənaət edilir, həm israfçılığa yol verilmir, həm də keyfiyyətlilik və dayanıqlılıq təmin edilir". 

Məqalədə : Azərişıq 
Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

AMEA-da iş saatı dəyişdirildi

25

İyun
11:09
ÖLKƏ
53102

Növbəti buraxılış imtahanları başlayıb

25

İyun
10:59
ELM / TƏHSİL
51318

AMB-nin valyuta məzənnələri

23

İyun
10:11
İQTİSADİYYAT
52773

Nefti qiyməti bahalaşmağa başlayıb

23

İyun
09:30
İQTİSADİYYAT
52440

Xaricilər Həcc ziyarətinə gedə bilməyəcək

23

İyun
09:09
MƏNƏVİYYAT
57862

QMİ yaslarla bağlı xəbərdarlıq etdi

19

İyun
18:10
ÖLKƏ
52111

İyunun 22-də dolların manata qarşı məzənnəsi

19

İyun
17:55
İQTİSADİYYAT
52492
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


25-11-2020 08:45





  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru