Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

07 İyun

2018
10:02
NATO-nun 4 təyyarəsi Rusiyanın qərb sərhədlərində kəşfiyyat aparıb

Birləşmiş Ştatların, Böyük Britaniyanın  və NATO komandanlığının HHQ-nin uzun mənzilli radar aşkarlama və nəzarət təyyarələri Rusiyanın qərb sərhədlərində Baltik ərazilərində kəşfiyyat uçuşları həyata keçiriblər.

FaktXeber.com Moskovskiy Komsomolets-ə istinadla xəbər verir ki, bu haqda Qərb aviasiya resurslarının monitorinq məlumatlarında əks olunub.

Bildirilir ki, Kalinqrad sərhədlərində Britaniya Krallığın və Şimali Atlantik alyansın HHQ komandanlığının AWACS təyyarələri uçublar.

Bundan sonra Kalinqradın sərhəddində cənub qərb hissəində ABŞ HHQ-nin 2 AWACS təyyarələri müşahidə edib. Almaniyanın Qaylenkirhen  aviabazasından havaya qalxan təyyarələr 3 saatdan çox Rusiya sərhəddi yaxınlığında Polşanın hava məkanında kəşfiyyat uçuşları həyata keçiriblər.

Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin
Məqalədə : NATO kəşfiyyat 
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


14-12-2018 00:14



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com