Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

07 İyun

2018
09:52
Ziyalılar Birliyi: Qüdsə və Qarabağımıza azadlıq tələb edirik!

İslam məhbuslarının Müdafiə Komitəsi və Azərbaycan Ziyalılar Birliyi birgə bəyanat qəbul ediblər.

FaktXəbər-in məlumatına görə, sözügedən qurumlar işğal altında olan Qüdsə - Beytül Müqəddəsə və əzəli yurdumuz, doğma Qarabağımıza AZADLIQ tələb edir. Bəyanatda deyilir:

“Zalımların qarşısından çəkinməmək, məzlumlara dayaq olmaq və bu yolda VƏHDƏTə gəlmək – bu, “Qüds günü”nün ali tələbidir. Beynəlxalq “Qüds günü” bir simvol olaraq, bəşəri dəyərlərin təntənəsini, sülhü,əminamanlığı,insanların, dövlətlərin təkamül yolunu seçməsini və buna heç bir alternativ olmadığını ehtiva edir Beynəlxalq “Qüds günü” habelə, təcavüzə, aqressiv işğalçılıq siyasətinə qarşı mücadilə günüdür. Mütərəqqi düşüncəli hər bir insan bu bu taleyüklü mübarizədə iştirak etməyə borcludur.Biz, bu gün Qüds və Qarabağın taleyindəki oxşar paralellər haqda düşünərkən,eləcə də təcavüz və qəsbkarlığın səbəblərini arayarkən cəmi müsəlman ümmətinin başı üzərində hansı real təhlükələrin olduğunun fərqinə varmalıyıq. Bu gün bir çox islam ölkələrində hələ də günahsıs və məsum insanların qanı axıdılır... Bu gün qəsbkarlıq və müstəmləkəçilik,irqçilik və xudpəsəndlik xəstəliyinə yoluxmuş üzdəniraq islamafob dövlətlər İslam dinini, İslam Dövlətlərini hədəf seçiblər. İsrail rejiminin Fələstində, Ermənistanın Azərbaycanda, ABŞ-ın Suriya,Əfqanıstan və İraqda, Rusiyanın MDB məkanında çıxardığı “oyunlar” xarici siyasət anlayışına parodiyadır –dəhşətli və qanlı parodiya! 

Bu gün Beytül-Müqəddəs əsarətdədir! Bu gün Qarabağımız işğal altındadır! Bu gün Fələstinin Qəzza bölgəsinə bomba yağışı yağdırılır - günahsız insanların qanı su yerinə axıdılır! Bu gün Suriya can verir. Bu gün İran ədalətsiz sanksiyalarla sındırılmağa cəhd edilir... Bütün bunlara rəğmən, biz inanırıq və əminik ki, tərəqqipərvər insan şüuru,son nəticədə, qlobal ixtilaflar əvəzinə, bəşəriyyətə işıq və günəş toxumu səpməyin zərurətini dərk edəcək..Və az müddət ərzində bu günəş və işıq toxumlarından sülh, əminamanlıq, insana sevgi, insaniyyət,əxlaqi və mənəvi dəyərlər cücərəcək. Və məhz elə buna görə də, bu gün biz, hər bir vətəndaşımızı zorakı və irqçi siyasət yürüdən riyakar dövlətlərin mənəvi-psixoloji və hərbi deqradasiya uçrumuna yuvarlanmasına öz etirazını açıq şəkildə bəyan etməsinə çağırırıq. Beytül-Müqəddəsə azadlıq! Qarabağa azadlıq!”

Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


14-12-2018 10:33



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com