Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

07 İyun

2018
09:52
Rusiya Ukraynanı bir neçə gün ərzində işğal edə bilərdi

Rusiya və Ukrayna arasında hərbi qarşıdurma zamanı Rusiya bir neçə gün ərzində Ukraynanın bütün ərazisini tuta bilərdi. FaktXəbər bildirir ki, bu barədə NATO-nun sabiq baş katibi, Ukrayna prezidentinin ştatdankənar müşaviri Anders Foq Rasmussen "Die Welt" nəşrinə müsahibəsində danışıb.
 
O, əlavə edib ki, Ukrayna son iki-üç il ərzində hərbi potensialını xeyli artırmasına baxmayaraq Rusiya bunu istəsəydi, bir neçə gün ərzində ölkənin işğalını həyata keçirərdi.

Şimali Atlantik Müqaviləsi Təşkilatının keçmiş rəhbəri həmçinin vurğulayıb ki, NATO-ya üzv ölkələr Rusiya tanklarının hücumunu dəf etməyə hazırdır.

Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin
Məqalədə : Rasmussen 
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


11-12-2018 04:15



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com