Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

07 İyun

2018
09:37
Şəhid və itkin ailələrinə `qanpulu` bu tarixdən veriləcək

Prezident İlham Əliyev bir müddət əvvəl Azərbaycanın ərazi bütövlüyü uğrunda həlak olmuş, və hərbi əməliyyatlarla əlaqədar xəbərsiz itkin düşdüyünə görə ölmüş elan edilmiş hərbi qulluqçuların ailə üzvlərinin sosial müdafiəsinin yaxşılaşdırılması ilə bağlı fərman imzalayıb.

Fərmana görə, 1997-ci il avqustun 2-dək Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda həlak olmuş, ölmüş və hərbi əməliyyatlarla əlaqədar xəbərsiz itkin düşdüyünə görə ölmüş elan edilmiş hərbi qulluqçuların (bundan sonra – hərbi qulluqçuların) vərəsələrinə bu Fərmanla müəyyənləşdirilmiş qaydada 11.000 (on bir min) manat məbləğində birdəfəlik ödəmə veriləcək.

Bəs şəhid və itkin ailələrinə “qanpulu” adlandırılan ödəmələrin verilməsinə nə vaxtdan başlanılacaq?

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (ƏƏSMN) İctimaiyyətlə əlaqələr şöbəsindən Modern.az-ın sorğusuna cavab olaraq bildirilib ki, şəhid və itkinlərin vərəsələrinə birdəfəlik ödənişin edilməsi üçün yaradılan yeni qaydalar 11 min manatın 1-dən artıq vərəsə arasında bərabər və şəffaf bölünməsinə imkan yaradacaq.

Qeyd olunub ki, şəhid ailələrinə birdəfəlik ödəmələrin vaxtında edilməsi üçün işlər sürətlə davam etdirilir:

“Avqust ayının əvvəlinə qədər şəhid ailələrinin ümumiləşdirilmiş siyahısı və onlar haqda məlumatlar 3 dövlət qurumu-Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti, Ədliyyə Nazirliyi və Dövlət Sığorta Kommersiya Şirkəti tərəfindən hazırlanaraq Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə təqdim ediləcək.

Notariat orqanları tərəfindən vətəndaşlara vərəsəlik hüququnu təsdiq edən sənədlərin verilməsi yalnız nazirliyin rəsmi saytındakı siyahı əsasında həyata keçiriləcək. Bu siyahının isə sentyabr ayının ortalarında nazirliyin rəsmi saytında dərc edilməsi planlaşdırılır. Bu tarixdən etibarən vərəsəlik hüququ təsdiq edilən şəxslərin birdələlik ödəməni alması üçün yalnız notariat orqanlarına müraciət etməsi kifayət edəcək”.

Qeyd edək ki, Azərbaycan Prezidentinin şəhid vərəsələrinə birdəfəlik ödəmələrin edilməsi üçün 19 apreldə imzaladığı fərman 1997-ci il avqustun 2-dək şəhid olan və itkin düşən şəxslərin ailələrinə şamil edilir. İlkin hesablamalara görə, bu fərman 9 minə yaxın şəhid və itkin ailəsinə şamil ediləcək ki, bu da 100 milyon manatdan çox vəsait deməkdir.

Məqalədə : Qan pulu 
Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

AMEA-da iş saatı dəyişdirildi

25

İyun
11:09
ÖLKƏ
48065

Növbəti buraxılış imtahanları başlayıb

25

İyun
10:59
ELM / TƏHSİL
46122

AMB-nin valyuta məzənnələri

23

İyun
10:11
İQTİSADİYYAT
47785

Nefti qiyməti bahalaşmağa başlayıb

23

İyun
09:30
İQTİSADİYYAT
47371

Xaricilər Həcc ziyarətinə gedə bilməyəcək

23

İyun
09:09
MƏNƏVİYYAT
52923

QMİ yaslarla bağlı xəbərdarlıq etdi

19

İyun
18:10
ÖLKƏ
46984

İyunun 22-də dolların manata qarşı məzənnəsi

19

İyun
17:55
İQTİSADİYYAT
47385
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


28-10-2020 02:48





  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru