Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

07 İyun

2018
09:13
Dövlət başçısı: `Azərbaycanda bütün dinlərin tarixi-dini abidələri qorunur`

"Azərbaycanda din dövlətdən ayrıdır. Ancaq dövlət dindarlara daim dəstək, dayaq olur. Bizim bütün tarixi məscidlərimiz dövlət tərəfindən əsaslı şəkildə bərpa edilibdir".

Bunu Azərbaycan prezidenti İlham Əliyev müqəddəs Ramazan ayı münasibətilə təşkil olunan iftar mərasimində deyib.

“İndi Təzəpir məscidinin ətrafı təmizlənir. Onun ətrafı böyük bir ictimai zonaya çevriləcək, orada böyük park salınır. Bibiheybət məscidi bizim qədim tarixi məscidimizdir. “İmamzadə” tarixi-dini kompleksi, Şamaxı Cümə məscidi, Əjdərbəy məscidi dövlət tərəfindən əsaslı şəkildə təmir edilib. Ölkəmizin ən böyük məscidi olan Heydər məscidi dövlət hesabına tikilib ki, bu, memarlığına görə bir əsərdir. Eyni zamanda, keçən il Cocuq Mərcanlıda Şuşa məscidinin bənzəri olan məscid tikilib. Uzun fasilədən sonra işğaldan azad edilmiş Cocuq Mərcanlı kəndində azan səsi eşidilir. Şamaxı məscidi ilə eyni vaxtda inşa edilmiş, ən qədim məscidlərimizdən biri olan Şamaxı rayonunun Dəmirçi kəndindəki məscid keçən il əsaslı şəkildə təmir edilmişdir. Bu il Hacı Cavad məscidinin yeni binası tikildi və şeyx həzrətləri qeyd etdiyi kimi, prezident seçkilərindən sonra mənim getdiyim birinci yer məhz Hacı Cavad məscidinin yeni binasının açılışı olmuşdur və bu, təsadüfi deyil. Çünki mən oraya seçkilərdən əvvəl də, seçkilərdən bir ay sonra da gedə bilərdim. Məhz seçkilərdən sonra birinci tədbir - yenidən tikilmiş Hacı Cavab məscidinin açılışı hesab edirəm ki, böyük məna daşıyır. Hesab edirəm ki, dindarlar və bütün Azərbaycan vətəndaşları bunu çox gözəl başa düşürlər.  Eyni zamanda, XIX əsrdə inşa edilmiş və Heydər Əliyev Fondu tərəfindən əsaslı təmir olunmuş İmam Hüseyn məscidi də açılışa hazırdır”, deyə dövlət başçısı qeyd edib.

Prezident İlham Əliyev deyib ki,  bu istiqamətdə həm dövlət, həm də ictimai qurumlar öz töhfəsini verirlər: “Bu, bizim borcumuzdur. Bizim tarixi abidələrimiz, dini abidələrimiz milli sərvətimizdir. Bütün başqa dinlərin məbədləri bizim üçün əzizdir, bizim sərvətimizdir. Azərbaycanda bütün dinlərin tarixi-dini abidələri qorunur, bərpa edilir, tikilir. Bu, bir daha onu göstərir ki, Azərbaycanda dini siyasət çox düşünülmüş şəkildə aparılır və Azərbaycan xalqının maraqlarına cavab verir”.

Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin
Məqalədə : Prezident İlham Əliyev 
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


14-12-2018 15:07



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com