Vəzifədən uzaqlaşdırılan icra başçısı: İşdən çıxarılmağım mənim üçün şərəfdir

Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

06 İyun

2018
16:50
2683
Vəzifədən uzaqlaşdırılan icra başçısı: İşdən çıxarılmağım mənim üçün şərəfdir

Xəbər verdiyimiz kimi, prezident İlham Əliyev imzaladığı sərəncamla Ağdam rayonunun icra başçısı Raqub Allahverdi oğlu Məmmədovu vəzifəsindən azad edib.

FaktXəbər-in Raqub Məmmədov işdən çıxarılması barədə "Yenicag"a münasibət bildirib:

“Allah prezidentimizin canını sağ eləsin. Allah İlham Əliyevi xalqımızın başının üzərindən əskik etməsin. Sərəncamla gəlib işlədim. Ləyaqətlə çalışdım, camaata xidmət etdim, rayonumuzda böyük işlər gördüm. Bu gün də ölkə prezidentinin sərəncamı ilə işdən çıxarılmışam. Mənim üçün bu şərəfdir. Əslində, qeyri-adi heç nə yoxdur. Bundan sonra da nə qədər ömrüm var, Azərbaycan xalqı üçün çalışacağam. Lazım gələrsə, bir zabit kimi silah götürüb döyüşə də getməyə hazıram. Yeni təyinat olarsa, canla-başla çalışaram”.

Məqalədə : Ağdam İcra Hakimiyyəti 
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


20-08-2018 18:36



  (+994 70) 870-47-49       (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com