Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

06 İyun

2018
15:26
1486
Nazirlik havaya qara tüstü atan şirkəti cərimələdi

Ekologiya və Təbii Sərvətlər Nazirliyinə (ETSN) Nərimanov rayonu, Araz küçəsi 3 ünvanında fəaliyyət göstərən müəssisə tərəfindən havaya qara tüstü atılması ilə bağlı daxil olan şikayət nazirliyin mütəxəssisləri tərəfindən yerində araşdırılıb.

Bu barədə Faktxeber.com ETSN-nin mətbuat xidmətindən məlumat verilib.

Araşdırma zamanı havaya tullantıların sözügedən ərazidə fəaliyyət göstərən “Buz Metal” MMC tərəfindən atıldığı müəyyən edilib. Atmosfer havasından nümunələr götürülərək analizlər aparılıb və nümunələrdə zərərli maddələrin miqdarının artıq olduğu məlum olub.

Faktla bağlı MMC-nin direktoru Məmməd Ələkbərov barəsində protokol tərtib edilib və o, vəzifəli şəxs qismində İnzibati Xətalar Məcəlləsinə əsasən 3000 manat məbləğində cərimə olunub. Qanun pozuntusunun aradan qaldırılması üçün MMC-yə icrası məcburi olan müddətli “məcburi göstəriş” verilib.

Məqalədə : Nazirlik 
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


23-06-2018 06:35



  (+994 70) 870-47-49       (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com