Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

06 İyun

2018
12:49
1389
Dövlət Komitəsi istifadəsiz torpaqlar haqda məlumat verib

Azərbaycanda 44 rayon üzrə 1500-ə yaxın hüquqi və fiziki şəxs tərəfindən kənd təsərrüfatı təyinatlı torpaqların səmərəsiz və ya ümumiyyətlə istifadəsiz qalması faktları aşkarlanıb.

Bunu Əmlak Məsələri Dövlət Komitəsinin sədr müavini Rafiq Cəlilov Milli Məclisin Aqrar siyasət komitəsinin bu gün keçirilən iclasında deyib.

O bildirib ki, aparılan tədbirlər nəticəsində 255 min hektara yaxın istifadəsiz qalmış kənd təsərrüfatı təyinatlı torpaqlar geri qaytarılaraq təkrar istifadəyə verilib.

Sədr müavininin sözlərinə görə, monitorinqlər nəticəsində qanunsuz hasarlanma və zəbt olunma halları daha çox Abşeron, Beyləqan, Bərdə, Göygöl, Sabirabad, Salyan, Goranboy, Xaçmaz rayonlarında aşkarlanıb, Neftçala, Samux, Hacıqabul, Şamaxı, Xızı, Ağstafa rayonlarında isə daha çox istifadəsiz torpaqlar müəyyənləşdirilib.

R.Cəlilov vurğulayıb ki, mülkiyyət növündən və təyinatında asılı olmayaraq bütün torplaqların uçotu komitə tərəfindən aparılır. O qeyd edib ki, komitə bu işləri yeni texniki vasitəlrələ həyata keçirir: “Bütün ölkənin ərazisi mühəndislər tərəfindən dəqiq ölçülür.

Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


18-06-2018 21:21



  (+994 70) 870-47-49       (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com