Səudiyyə əhalisi DÇ-2018-i canlı izləməkdən məhrum ola bilər

Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

06 İyun

2018
12:21
2098
Səudiyyə əhalisi DÇ-2018-i canlı izləməkdən məhrum ola bilər

Səudiyyə Ərəbistanı sakinləri futbol üzrə 2018-ci il Dünya çempionatının oyunlarını canlı izləməkdən məhrum ola bilərlər. FaktXəbər bildirir ki, bu barədə "Le Figaro" qəzeti yazıb.
 
Nəşrin məlumatına görə, yerli telekanalların heç biri bu yayım hüququnun alınması barədə razılığa gələ bilməyib. Dünya Çempionatının yayım kontenti Qətərin "beIN Media" şirkətinə məxsusdur.

FİFA tərəflər arasında vasitəçi olsa da, danışıqlar dalana dirənib. Qətər tərəfi Səudiyyəni yayım hüququ olmadan canlı yayıma qoşulmaqda ittiham edir.
 
Beləliklə, mundialın başlanmasına qədər vəziyyət dəyişməzsə, onda Səudiyyə Ərəbistanının tamaşaçıları oyunları canlı izləyə bilməyəcək.

Məqalədə : Səudiyyə 
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


20-08-2018 12:29



  (+994 70) 870-47-49       (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com