Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

06 İyun

2018
10:22
1737
Argentina İsraillə Qüdsdə keçiriləcək yoldaşlıq görüşündən imtina etdi
Hiquain: İsrailə getməməyin doğru olduğunu düşünürük

Argentina və İsrail milli futbol komandaları arasında Qüdsdə keçirilməsi planlaşdırılan hazırlıq matçı ləğv edilib. FaktXəbər "Sputnik"ə istinadən bildirir ki, bu barədə Argentina Futbol Federasiyası qərar qəbul edib.

İsrail millisi ilə işğal altında olan Qüdsdə 9 iyunda keçirilməsi gözlənilən futbol matçı fələstinlilərin təzyiqindən sonra ləğv olunub.

Argentinalı ulduz futbolçu Qonzalo Hiquain "ESPN" telekanalına müsahibəsində matçın ləğv edilməsini dəstəkləyib: "Ləğv qərarı cəmiyyətin xeyrinə oldu. Nəticədə düzgün qərar verildi və bu məsələ artıq geridə qaldı. Biz də İsrailə getməməyin doğru olduğunu düşünürük".

Qeyd edək ki, Fələstin xalqı yoldaşlıq görüşünü İsrailin Qüdsü işğal etməsini qanuniləşdirmək cəhdi kimi qiymətləndirirdi.

Məqalədə : Hiquain 
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


18-06-2018 08:05



  (+994 70) 870-47-49       (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com