Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

06 İyun

2018
10:12
Şəhriyar Məmmədyarov danışılmış oyunlarda ittiham edildi

Şahmat üzrə dünya çempionu Maqnus Karlsen iddia edib ki, rusiyalı Sergey Karyakin və azərbaycanlı Şəhriyar Məmmədyarov arasında Norveçin Stavanqer şəhərində keçirilən qarşılaşma danışılmış xarakter daşıya bilər. 

Onun sözlərini TASS nəşri sitat gətirir.

Karyakin və Məmmədyarov mayın 30-da baş tutan oyunda heç-heçə ediblər. 

“Mən bilirəm ki, Məmmədyarov və Karyakin əvvəlki turnirlərdə danışılmış oyunlarda iştirak edib. Əgər onlar bu dəfə də razılaşıblarsa, mən heç təəccüblənmərəm. Ancaq mənim buna sübutum yoxdur. 

Ola bilsin ki, qarşılaşma zamanı baş verənləri diqqətlə izləmək lazımdır. 

Xoşbəxtlikdən dünya çempionatında bunu etmək mümkün olmayıb, mən heç vaxt belə etməmişəm, amma bunu edənlərə mane olmaq da çətindir”, - Karlsen deyib.

Karyakin Karlsenin ittihamlarını rədd edərək deyib ki, Məmmədyarovla dostluq münasibətlərinə baxmayaraq, heç bir danışılmış oyundan söhbət gedə bilməz. 

“Əlbəttə, biz razılaşmamışıq. Biz dostuq, amma bu yarışda hamı qələbə qazanmağa çalışır. Heç-heçə bizim heç birimizə sərf etmirdi. 

Hərdən mənə də elə gəlir ki, bəzi oyunlar danışılmış olur”, - Karyakin deyib.(oxu.az)

Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin
Məqalədə : Şəhriyar Məmmədyarov 
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


18-10-2018 03:21



  (+994 70) 870-47-49       (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com