Dağlıq Qarabağa qanunsuz turist səfərinin qarşısı alınıb

Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

06 İyun

2018
09:52
1929
Dağlıq Qarabağa qanunsuz turist səfərinin qarşısı alınıb

Polşada Azərbaycanlı Gənclər Şurası (PAGŞ) və onun nəzdnində fəaliyyət göstərən Varşava Azərbaycanlılar Birliyi (VAB), Vroçlav Azərbaycanlilari Birliyi (VAB), Katoviçe Azərbaycanlılar Birliyi (KAB) və Lodz Azərbaycanlılar Birliyi Polşada fəaliyyət göstərən “Adventure Club Radoslaw Kasprzak” turizm şirkətinin Dağlıq Qarabağa təşkil etdiyi turist səfərinə ciddi etiraz edib. 

Diasporla İş üzrə Dövlət Komitəsindən verilən məlumata görə, nəticədə Azərbaycanın işğal olunmuş ərazilərinə təşkil edilən qeyri-qanuni səfər təxirə salınıb.

Bildirilib ki, problemin aradan qaldırılmasında Azərbaycanın Polşadakı səfirliyinin böyük rolu olub.

PAGŞ-ın nümayəndələri bildiriblər ki, Polşada yaşayan azərbaycanlılar bu məsələdə çox böyük həmrəylik göstəriblər və bundan sonra da bu istiqamətdə fəaliyyətlərini davam etdirəcəklər: "Polşa ictimaiyyətinə tarixi həqiqətləri çatdıracağıq".

Qeyd edək ki, “Adventure Club Radoslaw Kasprzak” şirkəti Azərbaycanın Polşadakı səfirliyinə Dağlıq Qarabağa nəzərdə tutulan səfərlərin ləğvinə dair rəsmi məlumat verib.

Məqalədə : Qarabağ 
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


19-08-2018 14:08



  (+994 70) 870-47-49       (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com