Silahlı müqavimət göstərən sərhəd pozucusu məhv edilib

Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

05 İyun

2018
21:32
2002
Silahlı müqavimət göstərən sərhəd pozucusu məhv edilib

İyunun 4-də saat 21:40 radələrində Qusar rayonunun Yuxarı Zeyxur kəndi ərazisindəki sərhəd zastavasının yaxınlığında bir nəfərin Azərbaycanın mühafizə olunan dövlət sərhədini pozmağa cəhd göstərməsi müəyyən edilib.

Qusar Rayon Prokurorluğundan FaktXəbər-ə verilən məlumata görə, saxlanılması ilə bağlı qanuni tələblərə tabe olmayan sərhəd pozucusu - 1996-cı il təvəllüdlü Zeynalov Vadim Mərdanoviç hüquq-mühafizə orqanları əməkdaşlarına atəş açaraq silahlı müqavimət göstərib, cavab tədbiri olaraq xidməti silahdan istifadə olunmaqla zərərsizləşdirilib.

Meyitin üzərinə keçirilmiş baxış zamanı 1 ədəd “Makarov” tipli tapança aşkar olunaraq maddi sübut kimi götürülüb.

Faktla bağlı Qusar Rayon Prokurorluğunda müvafiq araşdırmalar aparılır.

Məqalədə : silahlı sərhəd 
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


15-08-2018 22:17



  (+994 70) 870-47-49       (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com