Dializ xəstələrinə ayrılan vəsait azaldıla bilər

Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

05 İyun

2018
16:51
2290
Dializ xəstələrinə ayrılan vəsait azaldıla bilər

Bu gün Azərbaycanda orqan tranplantasiya əməliyyatından geniş istifadə edilməsi üçün şərait yaradılmasına ehtiyac var. "İnsan orqan və (və ya) toxumalarının transplantasiyası haqqında" qanun layihəsinin əsas məqsədi beyin ölümü zamanı orqan transplantasiyası əməliyyatını genişləndirməkdir.

FaktXəbər-in Trend-ə istinadən məlumatına görə, bu fikirləri Milli Məclisin deputatı Rəşad Mahmudov parlamentin Səhiyyə komitəsinin bu gün keçirilən iclasında deyib.

O bildirib ki, son 20 ildə Azərbaycanda beyin ölümü olan şəxsin orqan transplantasiyası həyata keçirilməyib:

“Əgər beyin ölübsə, bu adamın bütün orqanları fəaliyyət göstərsə belə, həmin şəxs haqqında ölüm qərarı qəbul olunur. Lakin Azərbaycanda belə hallar zamanı orqan tranplantasiyası əməliyyatı həyata keçirilmir".

R.Mahmudov söyləyib ki, "İnsan orqan və (və ya) toxumalarının transplantasiyası haqqında" qanun layihəsinin qəbul olunması dövlət büdcəsindən dializ xəstələrinə ayrılan vəsaitin dəfələrlə azalmasına səbəb ola bilər:

“Bu gün Azərbaycanda böyrək xəstələri üçün dializ proqramı həftədə 3 dəfə pulsuz şəkildə dövlət hesabına həyata keçirilir. Xəstənin bir dəfə dializ proqramından istifadəsi 110 manata, bir il üçün isə 25 min manata başa gəlir. Lakin bu qanunla biz dövləti böyük yükdən azad etməklə yanaşı, həmin vəsaitlərin digər sahələrə yönəldilməsinə də imkan yaradacağıq. Bu baxımdan qanun layihəsinin qısa müddətdə qəbul olunması vacibdir”.

Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


22-08-2018 05:12



  (+994 70) 870-47-49       (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com