ABŞ-ın Suriyada hava zərbələri nəticəsində mülki vətəndaşlar həlak olub

Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

05 İyun

2018
12:44
1943
ABŞ-ın Suriyada hava zərbələri nəticəsində mülki vətəndaşlar həlak olub

ABŞ HHQ-nin  Suriyanın Hasaka vilayətində İŞİD mövqelərinə  aviazərbələri nəticəsində azı 10 dinc sakin həlak olub. FaktXeber.com-un ərəb mediasına istinadla verdiyi məlumatına görə, bu barədə yerli mənbələr xəbər verib.

Bildirilir ki, hava hücumu əyalətin cənubunda Amerika aviasiyasının Suriya Demokratik Qüvvələrinə dəstək verdikləri Əl-Cazaa şəhərində baş verib.

Xatırladaq ki, dünən Suriyada 70-də artıq tayfa başçısı Amerika müdaxiləsinə və onların əlaltıları olan Suriya Demkoratik Qüvvələrinə qarşı mübarizə aparacaqlarını elan ediblər.

Bundan əvvəl SƏR prezidenti Bəşər Əsəd ABŞ-ın ölkəni tərk etməli olduğunu bildirmişdi. «Bu bizim torpaqlardır, onu azad etmək  bizim hüquq və borcumuzdur. Amerikalılar da getməlidir və tez-gec bu baş verəcək», - deyə o, bəyan edib.

Son günlər kürdlərin nəzarətində olan şimal torpaqlarında məcburi səfərbərlik və həbslərə qarşı sakinlərin kütləvi aksiyası keçirilir. Bununla belə kürdlər insanları məcburi şəkildə öz sıralarına qatmağa davam edirlər. Belə ki, Mənbicin Əl-Cat rayonunda SDF qüvvələri tərəfindən 15 dinc sakin həbs olunub.

Həbslərin dəqiq səbəbi bildirilmir. Ancaq ehtimal edilir ki, həbs olunan şəxslər kürdlərə qarşı etiraz aksiyasında iştirak ediblər.

Məqalədə : Suriya 
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


18-08-2018 14:18



  (+994 70) 870-47-49       (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com