Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

05 İyun

2018
12:26
Mahmud Vaezi: İran ilə Azərbaycan arasında həll olunmayan problem yoxdur

İran ilə Azərbaycan arasında həll olunmayan problem yoxdur. Hər iki dövlətin prezidentinin iradəsinə uyğun olaraq qarşılıqlı əlaqələr inkişaf edir.

Bu sözləri İranın Prezident Aparatının rəhbəri Mahmud Vaezi Azərbaycana səfərinin yekunları ilə bağlı yerli mətbuata verdiyi açıqlamasında deyib.

M.Vaezi Azərbaycanda keçirdiyi görüşlərin faydalı olduğunu nəzərə çatdırıb. Qeyd olunub ki, son 5 ildə İran ilə Azərbaycan arasında bütün razılaşmaların icra edilməsi və xüsusilə avtomobil sənayesi, əczaçılıq və enerji sahələrindəki layihələrin həyata keçirilməsi ilə iki ölkə arasındakı əməkdaşlığın səviyyəsi daha da yüksəlib. İran Prezidentinin mart ayında Azərbaycana rəsmi səfərindən sonra elektrik enerjisinin ixracına başlanması, eləcə də Biləsuvar və Astara gömrük-keçid məntəqələrinin 24 saatlıq iş rejiminə keçməsi iki ölkə arasındakı münasibətlərin inkişafının göstəricisidir.

İran rəsmisi bildirib ki, görüşlərdə qarşılıqlı əməkdaşlığın perspektivləri və regional təhlükəsizlik məsələləri müzakirə edilib, Şimal-Cənub Beynəlxalq Nəqliyyat Dəhlizinin formalaşdırılması prosesi nəzərdən keçirilib./AzərTac

Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin
Məqalədə : İran Mahmud Vazei 
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


21-10-2018 03:58



  (+994 70) 870-47-49       (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com