Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

05 İyun

2018
11:53
Paşinyan Qarabağdakı erməniləri sakitləşdirdi

Azərbaycanın işğal altında olan Dağlıq Qarabağ bölgəsində etiraz keçirən ermənilər nümayişləri dayandırıb. FaktXəbər "News.am" saytlına istinadən bildirir ki, bu barədə Qarabağdakı qondarma rejimin ombudsman aparatının rəhbəri Artak Beqlaryan məlumat verib.

"Bako Saakyanla əldə olunan razılaşmadan və Nikol Paşinyanın müraciətindən sonra mitinqləri koordinasiya edən komitə Xankəndindəki aksiyaların dayandırıldığını elan edib. Mövcud vəziyyətdə bu, düzgün qərardır, çünki dialoq və səmərəli ünsiyyət bütün tərəflərin maraqlarına cavab verir", - deyə Beqlaryan əlavə edib.
 
Qeyd edək ki, iyunun 3-dən Xankəndi avtovağzalında etiraz aksiyasına çıxan ermənilər separatçı qurumda "güc strukturları"nın özbaşnalığına, sakinləri döyməsi və hədələməsinə etiraz edirdilər. Onlar "güc strukturları"na nəzarət edən bütün nazirlərin vəzifələrindən getməsini istəyirdilər.

Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin
Məqalədə : Qarabağ 
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


16-10-2018 18:45



  (+994 70) 870-47-49       (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com