Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

05 İyun

2018
11:46
İmtahan zamanı kitablara baxmağa icazə verilir - AZƏRBAYCANDA

Qərbi Kaspi Universitetində yay imtahan sessiyası başlayıb.

Universitetdən FaktXəbər-ə bildirilib ki, əvvəlki imtahan sessiyalarında olduğu kimi, bu dəfə də fərqli imtahan modelləri sınaqdan çıxarılır. Belə ki, mövcud imtahan formaları ilə (test üsulu, şifahi imtahan, baxış imtahanı, açıq suallar) yanaşı, yeni imtahan modelləri tətbiq edilir. Bu modellər “Açıq kitab”, “Təqdimat”, “Keys həlli” kimi imtahan üsullarıdır.

Yeniliklərdən biri də budur ki, tələbələr imtahan formasını özləri seçmək hüququna malikdirlər. Bu imtahan modelləri tələbələrə yalnız nəzəri deyil, təcrübi bilikləri də mənimsəməyə imkan verir. Bundan əlavə, tələbələri səthi biliklərdən və əzbərçilikdən uzaqlaşdıraraq, onların düşünmək və təhlil aparmaq qabiliyyətini üzə çıxarır və inkişaf etdirir.

“Açıq kitab” üsulunda tələbələr imtahan keçirilən müddətdə istənilən sayda kitab, mühazirə və əlavə dərs materiallarından istifadə edə bilərlər. Bununla belə, suallar elə hazırlanır ki, birbaşa cavabı bu materiallarda tapmaq mümkün olmur. Kitabda hər hansı tarix, ad və s. kimi məlumatlara baxıla bilər, lakin sual hər hansı prosesin səbəbini, tələbənin gələcək mütəxəssis kimi qoyulan situasiyaya münasibətini tələb edir.

“Keys həlli” üsulu isə tələbələrin gələcək iş həyatlarında qarşılaşacaqları real problemlər əsasında qurulan keys məsələlərinin həlli ilə bağlıdır. Bu zaman tələbə vəziyyətin ümumi təsvirini təhlil edir, çatışmazlıqları və onların yaranma mənbələrini tapır, ən əsası isə problemin aradan qaldırılması üçün təkliflər hazırlayır.

Qeyd edək ki, hər hansı bir fənn üzrə imtahandan müvəffəq nəticə göstərməmiş tələbələr üçün tamamilə ödənişsiz əsaslarla intensiv kurslar, konsultasiya saatları və iki təkrar imtahan təşkil olunur.

Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin
Məqalədə : imtahan 
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


16-12-2018 12:00



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com