Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

05 İyun

2018
21:57
Milli komandamız Qazaxıstana uduzdu - VİDEO

Astanada Azərbaycanın futbol üzrə milli komandası Qazaxıstan yığması ilə üz-üzə gəlib.

Qurban Qurbanovun yetirmələri matçda ev sahiblərinə 0:3 hesabı ilə məğlub olub.

Hesab oyunun 12-ci dəqiqəsində açılıb. Qapımıza təyin olunan cərimə zərbəsi zamanı Roman Murtazayev hamını qabaqlayaraq topu baş zərbəsi ilə uzaq küncə göndərib.

İki dəqiqədən sonra Serikjan Mujikov müdafiəçilərimizin kobud səhvindən istifadə edərək  ikinci topu qapımızdan keçirib. 89-cu dəqiqədə meydana yeni çıxmış Baurjan Turusbek hesabı 3:0-a çatdırıb.

***

11:35 - Milli komandamız bu gün növbəti yoldaşlıq görüşünü keçirəcək.

Qurban Qurbanovun rəhbərlik etdiyi yığmamız Qazaxıstan millisi ilə qarşılaşacaq.

"Astana Arena"da keçiriləcək matç Bakı vaxtı ilə saat 18:00-da başlayacaq.

5 iyun

Yoldaşlıq görüşü

18:00. Qazaxıstan – Azərbaycan

Hakimlər: Aleksandr Tyan, Andrey Bodyan, Viktor Mardari, Dmitri Muntyan (hamısı Moldova)

Astana. "Astana Arena”

Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin
Məqalədə : Azərbaycan Qazaxıstan 
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


17-10-2018 04:46



  (+994 70) 870-47-49       (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com