Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

05 İyun

2018
11:19
16 nəfər ailə qurmaqdan imtina etdi
Nikaha girmək istəyən cütlüklərdə aşkarlanan xəstəliklər barədə məlumat verilib

May ayında nikaha daxil olmaq üçün 15651 nəfər müayinə olunub.

Bu barədə Faktxeber.com məlumat verən Elmi-Tədqiqat Hematologiya və Transfiziologiya İnstitutunun direktoru Zöhrə Əlimirzəyeva bildirib ki, müayinə olunanlardan 428 nəfərdə talassemiya daşıyıcılığı, 23 nəfərdə sifilis, 14 nəfərdə QİÇS xəstəliyi aşkarlanıb:

“Hər ikisində talassemiya daşıyıcılığı olan 4 cütlük aşkarlanıb”.

Z.Əlimirzəyeva qeyd edib ki, 2015-ci ildən indiyə qədər ümumilikdə 418 min 757 nəfər müayinə edilib. Onlardan 15692 nəfərində talassemiya daşıyıcılığı, 1438 nəfərdə sifilis, 345 nəfərdə QİÇS aşkarlanıb. 153 cütlüyün isə hər ikisində talassemiya daşıyıcılığı müəyyən olunub”.

Direktorun sözlərinə görə, bu müddətdə 153 cütlükdən 8-i ailə qurmaqdan imtina edib, digərləri ailə qurublar:

“Ümumilikdə hamiləliyin 12-18 həftəliyində onlara tibbi-genetik məsləhətlər verilir, cütlüklərdə molekulyar-genetik müayinələr aparılır. Bu zaman tərəflərdə hansı genetik mutasiya getdiyi aşkarlanır. Bundan sonra hamiləliyin 12-18 həftəliyində prenatal müayinələr təşkil edilir.

2018-ci ildə 30 cütlük hamiləlik zamanı müraciət edib. Onların 25-də müyainə aparılıb. 5 döldə xəstəlik, 15 döldə daşıyıcılıq aşkarlanıb, 5 döl isə sağlam olub. Xəstəlik aşkarlanan 5 hamiləlik tibbi abort vasitəsilə pozulub. Bu da xəstə uşaqların dünyaya gəlməməsi üçündür.

Ümumilikdə indiyə qədər bizə 112 cütlük perinatal müayinə üçün müraciət edib. 69 nəfər hamilə qadında perinatal diaqnostika aparılıb.

Həmin 69 hamilə qadında müayinə aparıldıqdan sonra 16 nəfər xəstə uşaq, 41 nəfər daşıyıcı, 12 nəfər sağlam döl aşkarlanıb”.

Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin
Məqalədə : Talassemiya 
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


17-10-2018 05:23



  (+994 70) 870-47-49       (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com