Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

05 İyun

2018
11:16
`iOS 12` əməliyyat sistemini təqdim edildi - VİDEO

"Apple" şirkəti "Worldwide Developers Conference" konfransı çərçivəsində mobil qurğular üçün yeni "iOS 12" əməliyyat sistemini təqdim edib.

Yeni əməliyyat sistemi yüksək məhsuldarlığa malik olması ilə seçilir. Yeni versiya "iPhone 5s" daxil olmaqla müxtəlif smartfonlarda, o cümlədən "iPad mini 2" və "iPad Air" planşetlərində işləyir.

Məlumata görə, "iOS 12"  virtual reallıq əlavələrində əvvəlki versiyalarla müqayisədə daha güclü izləmə sisteminə malikdir. Sistem, həmçinin bir əlavə tərəfindən göndərilən bildirişləri qruplaşdırır. Tərtibatçılar tərəfindən əməliyyat sisteminə digər proqramların iş vaxtını qeydə alaraq onları məhdudlaşdıran xüsusi proqram əlavə olunub.  

Bundan əlavə, "iOS"da "Screen Tim" var ki, bu da istifadəçiyə proqramlardan istifadə vaxtını tənzimləmək imkanı verir.

Həmçinin yeniləmədə səs köməkçisi üçün "Siri Shortcuts" funksiyası yaradılıb.

Məsələn, "iPhone"də bildirişlərin gecə və ya əhəmiyyətli görüş zamanı gəlməyəcəyi səssiz rejim olacaq.

Şirkətdən iddia edirlər ki, proqram 40 faiz tez, klaviatura 50 faiz tez, kamera isə 70 faiz daha tez işə düşəcək.

Bildirilir ki, "iOS"da istifadəçilər tərəfindən "Memoji", yəni real həmsöhbətin emosiyalarını ötürəcək personajlar yaratmaq mümkün olacaq.

Təqdimatda qeyd olunub ki, "AppleWatch" ağıllı saatlarında da əməliyyat sistemləri yenilənəcək. Bundan sonra onlar fiziki fəallığın tipini avtomatik olaraq müəyyən edəcəklər. Həmçinin biləyin bir hərəkəti ilə "Siri"ni işə salmaq mümkün olacaq.

Şirkət əməkdaşları "FaceTime"da da yenilik ediblər. Belə ki, burada qrup şəklində konfranslar təşkil etmək olacaq.

Məqalədə : iOS 12 
Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

"ASAN xidmət" işləməyəcək

04

İyun
16:21
ÖLKƏ
230

Buraxılış imtahanlarının vaxtı dəyişdirildi

04

İyun
15:46
ELM / TƏHSİL
265

Lukaşenko yeni hökuməti təsdiqlədi

04

İyun
14:38
DÜNYA
212

Polis suda boğulan azyaşlını xilas etdi

04

İyun
13:41
HÜQUQ,HADİSƏ
256

Sabah Bakıda 29 dərəcə isti olacaq

04

İyun
13:34
ÖLKƏ
206

Sabahdan iş saatının vaxtı dəyişir

04

İyun
13:09
ÖLKƏ
526
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


05-06-2020 00:07





  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru