Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

05 İyun

2018
09:59
Babək prospekti və Təbriz küçəsində kanalizasiya xətləri dəyişir

"Azərsu" ASC-nin fəaliyyəti dövründə 1 mln.dan çox sayğac quraşdırılıb. Hazırda abonentlərin 78 faizi sayğacla təmin ediliblər.

Bunu "Azərsu" ASC-nin sədri Qorxmaz Hüseynovun "Azərbaycan qəzeti"ndə dərc edilmiş məqaləsində bildirilir.

Onun sözlərinə görə, 12 növdə elektron xidmət vətəndaşların istifadəsinə verilib:"Bu il istifadəyə verilməsi nəzərdə tutulan əlavə 4 elektron xidmət müştərilərin işini daha da asanlaşdıracaq".

Q.Hüseynov həmçinin bildirib ki, içməli su qıtlığından əziyyət çəkən kənd və qəsəbələrin su təchizatının yaxşılaşdırılması layihələri bu il də davam edəcək: "Bu məqsədlə 62 mindən çox sakinin yaşadığı 41 kənddə su layihələri icra olunacaq. 2018-ci il ildə Bakıda yenidən qurulacaq - Babək prospekti, Mir Cəlal və Təbriz küçələri boyunca su və kanalizasiya xətlərinin yenilənməsi nəzərdə tutulur. "Ağ şəhər"də həmçinin, Abşeron yarımadasının qəsəbələrində su və kanalizasiya sistemlərinin yaradılması, həmçinin binadaxili su təchizatı sistemlərinin və sayğaclaşma tədbirləri davam etdiriləcək".

"Azərsu ASC" rəsmisi əlavə edib ki, hazırda ölkə üzrə 10 regional laboratoriyanın yaradılması istiqamətində işlər aparılır. 

Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin
Məqalədə : Təbriz küçəsi 
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


15-11-2018 23:10



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com