Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

05 İyun

2018
09:57
ABŞ-ın gətirdiyi demokratiya: Əfqan uşaqların yarısı təhsil ala bilmir

ABŞ-ın 2001-ci ildə Əfqanıstanı işğal etməsindən sonra bu ölkədə vəziyyət stabilləşmir. Əfqanıstan 17 illik işğaldan sonra hələ də terrorçularla mübarizə aparmaq məcburiyyətindədir.

Əfqanıstanda ən çox əziyyət çəkən qrup isə azyaşlılardır. FaktXəbər bildirir ki, ölkədə uşaqların yarısı təhsil almaq hüququndan məhrumdur. Bu barədə BMT hesabat hazırlayıb.

Hesabatda göstərilir ki, yaşları 7-17 arasında dəyişən 3,7 milyon uşaq təhsil hüququndan istifadə edə bilmir. Bu rəqəmin 60 faizini qız uşaqları təşkil edir. Əyalətlərdə faiz nisbəti isə 85-ə çatıb.

Müharibə və yoxsulluq şəraitində yaşamağa məhkum olan əfqan xalqı Taliban və ABŞ qüvvələrinin kölgəsində təhsil haqqına çata bilmək üçün sanki mübarizə aparır.
 
Mövcud məktəblərdə təhsil alan uşaqların yalnız 85 faizinin təhsilini tamamladığı və hazırda məktəbi tərketmə riski ilə üzləşən uşaqların sayının isə 300 min nəfər olduğu bildirilir.

Məqalədə : Əfqanıstan 
Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Britaniyada Asanjın taleyi həll olur

14

Dekabr
15:48
DÜNYA
349

Elvin İsayev Azərbaycana deportasiya edildi

14

Dekabr
15:37
HÜQUQ,HADİSƏ
576

Bazar günü hava yağmursuz olacaq

14

Dekabr
13:04
ÖLKƏ
1569
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


16-12-2019 08:27



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru