Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

04 İyun

2018
22:30
İran hər raketə 10 raketlə cavab verəcək - Ali lider Xamenei

İslam İnqilabının banisi İmam Xomeyninin vəfatının 29-cu ildönümü münasibətilə Tehranda keçirilən toplantıda çıxış edən, Ali lider Ayətullah Seyid Əli Xamenei hökumət qarısında ciddi tapşırıqlar qoyub və Amerikaya xəbərdarlıqlar səsləndirib.

FaktXəbər-in İran mediasına istinadən məlumatına görə, Ali lider Amerikanın nüvə sazişinə xələf çıxamasına toxunaraq bildirib ki, İranın Atom Enerjisi Təşkilatı hələlik nüvə sazişi çərçivəsində sentrifuqaların sayını 190 min SWU-ya çatmaq üçün lazımı hazırlıqları həyata keçirməlidir. Prezidentin fərmanı əsasında isə bəzi hazırlıqlara sabahdan start verməlidir: "İran xalqı və dövləti nə sanksiyanın olmasını, nə də “nüvə texnologiyasının həbsini” qəbul etməyəcək. Bəzi Avropa ölkələri İranın sanksiyalara dözməsini, nüvə fəaliyyətindən əl çəkməsini və məhdudiyyətlərin davam etdirilməsini istəyirlər. Sizin xəyallarınız gerçəkləşməyəcək."

O, İranın nüvə texnologiyası sahəsində əldə etdiyi nailiyyəti qürurverici, müxtəlif növ raket istehsalını və raket gücünü ölkənin təhlükəsizliyinin təminatı adlandırıb: “İran-İraq müharibəsi zamanı İranın sərhədyanı şəhərləri, hətta Tehran belə, raket zərbələrinə məruz qaldı. O zaman bizim raketimizin olmadığına görə, əlimizi əlimizin üstünə qoyub tamaşa edirdik. Amma bu gün bizim raketlərimiz var və regionun raket üzrə aparıcı ölkəsinə çevrilmişik ki, bu da bizim təhlükəsizliyimizin təminatıdır. Düşmən bilsin ki, bir raket atarsa, 10 raketlə cavab verəcəyik”.

Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin
Məqalədə : Ayətullah Xamenei İran 
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


15-11-2018 22:45



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com