Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

04 İyun

2018
22:09
Azərbaycanda beyin ölümü faktı belə TƏYİN EDİLƏCƏK

Beyin ölümü faktının təyin edilməsi  ölümün baş vermə  tarixi, saatı, ölümün necə təyin olunması qaydası müəyyənləşib.

Bununla bağlı  “İnsan orqan və (və ya) toxumalarının transplantasiyası haqqında” qanunun 10-cu maddəsinə (Meyitdən və ya ölüm vəziyyətində olan şəxslərdən transplantasiya məqsədi ilə orqan və toxumaların götürülməsi vaxtının müəyyən edilməsi) dəyişiklik təklif olunur.

Dəyişikliyə görə, bioloji ölüm qərarı mütəxəssis həkim briqadası tərəfindən ölümü təsdiq edən inkaredilməz dəlillər əsasında  verilir. Həkim briqadası müvafiq  icrahakimiyyəti orqanı tərəfindən müəyyən edilir və ən azı iki mütəxəssisdən ( neyrocərrah (və ya nevropatoloq), anestezioloq və reanimotoloq) ibarət olur. 

Beyin ölümü faktının təyin edilməsi  ölümün baş vermə  tarixi, saatı, ölümün necə təyin olunduğu ( hansı test, müayinə üsulu) göstərilməklə protokollaşdırılır, ölümü təyin edən həkimlər tərəfindən imzalanır və möhürlənir. Beyin ölümü faktının təyin edilməsi protokolu  donor orqanının alındığı tibb müəssissəsində 15(on beş) il saxlanmalıdır.

Qanun layhəsinə dəyişiklik Milli Məclisin Səhiyyə komitəsinin iclasına çıxarılır.

Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin
Məqalədə : orqan transplantasiya qanun 
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


21-09-2018 08:11



  (+994 70) 870-47-49       (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com