NATO Sülhməramlılarımızla bağlı videoçarx yayıb

Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

04 İyun

2018
21:45
2276
NATO Sülhməramlılarımızla bağlı videoçarx yayıb

NATO-nun Əfqanıstanda həyata keçirdiyi “Qətiyyətli Dəstək” missiyasının rəsmi twitter səhifəsində Azərbaycan sülhməramlılarının əməliyyatda iştirakı ilə bağlı xüsusi videoçarx yayılıb.

FaktXəbər-in Müdafiə Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, Əfqanıstandakı Azərbaycan hərbi kontingentinin rəhbəri, polkovnik-leytenant Tayfur Rüstəmovun ölkəmizin missiyadakı iştirakının məqsədləri ilə bağlı çıxışının videosu təqdim edilib.

Polkovnik-leytenant Tayfur Rüstəmov bildirib ki, sülhməramlılarımızın NATO-nun rəhbərlik etdiyi əməliyyatlarda iştirakı Alyans ilə Azərbaycan arasında əməkdaşlığın əsas istiqamətlərindəndir: “Azərbaycanın milli təhlükəsizlik konsepsiyasında müəyyən olunan “müvafiq beynəlxalq təşkilatların mandatı altında sülhməramlı və böhranlara cavab əməliyyatlarında iştirak” ölkənin müdafiə siyasətinin əsas məqsədlərindən biridir.

Bu kimi əməliyyatlarda iştirakımız ölkəmizin beynəlxalq sülh və təhlükəsizliyə verdiyi töhfəsinin bariz nümunəsi olmaqla yanaşı Azərbaycan Silahlı Qüvvələrinin imkanlarının inkişaf etdirilməsinə və qarşılıqlı koordinasiyanın artırılmasına xidmət edir.

Azərbaycanın yüzdən artıq hərbi qulluqçusu “Qətiyyətli Dəstək” missiyasında iştirak edir. Hazırda missiyada NATO qüvvələri ilə yanaşı Azərbaycanın iki piyada bölüyü, tibb və qərargah zabitləri xidmət edir. Azərbaycan Əfqanıstanın gələcəyi naminə səy göstərir”.

Məqalədə : Əfqanıstan NATO sülhməramlı 
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


19-08-2018 14:08



  (+994 70) 870-47-49       (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com