Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

04 İyun

2018
14:37
İŞİD-in terrorçu hazırlayan məktəbindən reportaj - VİDEO

Suriya istehkamçıları Dəməşqdən cənubda terrorçulardan azad olunan "Yərmuk" qaçqın düşərgəsini minalardan təmizləyir. İŞİD terrorçuları məntəqəyə uzun müddət nəzarət etdiyi üçün minalanmış yerlər həddən artıq çoxdur.

Terrorçular "Yərmuk"da orta məktəbləri terrorçu hazırlamaq üçün istifadə edib. FaktXəbər bildirir ki, "Rossiya 24" kanalı terrorçu hazırlamaq üçün istifadə olunan məktəblərin birindən reportaj hazırlayıb.
 
Məktəbdə çəkiliş zamanı sinif və dəhlizlərdə İŞİD-lə bağlı müxtəlif şəkil, bayraq və şüarlara rast gəlinib. Azyaşlılar bu tip məktəblərə cəlb olunaraq orada yazıb-oxumaqla yanaşı, silahdan istifadəni də öyrəniblər. 13 yaşına qədər tapança, avtomat atmağı öyərən, həmçinin müxtəlif partlayıcıların hazırlanması üzrə təlim alan, o cümlədən özünü partlatmağa hazır olan (aparılan təbliğatın nəticəsində) uşaqlar İŞİD terrorçularının bu cür qurbanına çevriliblər.

"Ən dəhşətlisi budur ki, intiharçıları valideynləri özləri seçirdilər. Onlar öz uşaqlarını hazırlayırdılar. Onlara deyirdilər ki, bu cür yaşayış düzgündür. Onlara kəmərli partlayıcı qurğuları bağlayır və ölümə göndərirdilər",-deyə Suriyanın xidmət orqanının əməkdaşı Məhəmməd deyir.
 
Məktəbdə axtarış zamanı terrorçuların istifadə etdiyi daha bir gizli fakt ortaya çıxıb. Belə ki, terrorçular izdiham arasında bir-birini seçmək üçün xüsusi ətirlərdən istifadə ediblər.

Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin
Məqalədə : İŞİD 
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


20-09-2018 18:26



  (+994 70) 870-47-49       (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com