Suriyada 70-dən artıq tayfa kürdlərə müharibə elan edib

Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

04 İyun

2018
12:09
2462
Suriyada 70-dən artıq tayfa kürdlərə müharibə elan edib

Hələb əyalətinin  şərqində «Suriya torpağında xarici müdaxilə  və amerikalıların mövcudiyyətinə qarşı» suriya tayfalarının toplantısı olub. FaktXeber.com-un SANA-ya istinadla məlumatına görə, tədbirdə Hasaka, Hələb, Rəkka, Dəraa, Deyr əz-Zor və digər regionlardan 70  tayfanın nümayəndəsi iştirak edib.

Məlumata görə, Suriya reallıqlarının müzakirəsi bitdikdən sonra  tayfa başçıları ərazilərin bütün xarici qüvvələrdən təmizlənməsi üçün Suriya ordusu ilə birgə xalq müqaviməti bölmələrinin yaradılmasını elan ediblər.

Məlumata görə, yaradılmış qruplar birbaşa Suriya Demokratik Qüvvələrinə (SDF) və ABŞ silahlı qüvavələrinə müqavimət göstərəcəklər.

Tayfaların sayı nəzərə alınarsa, xalq qüvvələrinin ABŞ və onların dəstəklədiyi SDF-ə ciddi  problem yaradacağı düşünülür.

Xatırladaq ki, bundan əvvəl SƏR prezidenti Bəşər Əsəd ABŞ-ın ölkəni tərk etməli olduğunu bildirmişdi. «Bu bizim torpaqlardır, onu azad etmək  bizim hüquq və borcumuzdur. Amerikalılar da getməlidir və tez-gec bu baş verəcək», - deyə o, bəyan edib.

Son günlər kürdlərin nəzarətində olan şimal torpaqlarında məcburi səfərbərlik və həbslərə qarşı sakinlərin kütləvi aksiyası keçirilir. Bununla belə kürdlər insanları məcburi şəkildə öz sıralarına qatmağa davam edirlər. Belə ki, Mənbicin Əl-Cat rayonunda SDF qüvvələri tərəfindən 15 dinc sakin həbs olunub.

Həbslərin dəqiq səbəbi bildirilmir. Ancaq ehtimal edilir ki, həbs olunan şəxslər kürdlərə qarşı etiraz aksiyasında iştirak ediblər.

Məqalədə : Suriya 
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


19-08-2018 23:10



  (+994 70) 870-47-49       (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com