Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

04 İyun

2018
11:02
1542
Orta məktəblərdə `Son zəng` iyunun 14-də olacaq

Azərbaycanda 2017/2018-ci dərs ili iyunun 14-də başa çatacaq və bütün ümumi təhsil müəssisələrində “Son zəng” çalınacaq.

Bu tədris ilinin sonunda XI sinfi bitirəcək şagirdlərin sayının 83 001 nəfər olacağı gözlənilir.

Eyni zamanda, 2018/2019-cu tədris ilinin əvvəlinə proqnoz üzrə ölkənin ümumtəhsil məktəblərinə gedəcək I sinif şagirdlərinin sayının isə 165780 nəfər olacağı gözlənilir.

Qeyd edək ki, 2015-ci ildən etibarən Azərbaycanın məktəblərində “Son zəng” mayın 31-də deyil, iyunun 14-də təşkil olunur. Nazirlər Kabinetinin 2014-cü il 30 oktyabr tarixli 362 nömrəli qərarı ilə "Ümumtəhsil məktəbinin Nümunəvi Nizamnaməsi"ndə edilmiş dəyişikliyə əsasən, 2015/2016-cı dərs ilindən ümumtəhsil məktəblərində dərs məşğələləri sentyabrın 15-də başlayıb iyunun 14-də başa çatır.

Məqalədə : Son Zəng 
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


18-06-2018 21:16



  (+994 70) 870-47-49       (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com