Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

03 İyun

2018
09:45
4905
Bütün məktəblər `haqq` verir - Müəllimdən şok ittiham

Astara rayon 2 saylı tam orta məktəbin ingilis dili müəllimi Fuad Mehrəliyev məktəbin direktoru Maya Həsənovanın rüşvətxorluğuna dözmədiyi üçün işdən azad olunması haqqında Təhsil Nazirliyinə məktub yazacağını bildirib.

Fuad Mehrəliyev direktorun məktəbdəki qanunsuz əməllərinə biganə yanaşdığı üçün Astara rayon Təhsil Şöbəsini də qınayıb. O bildirib ki, direktorla bağlı Rayon Təhsil Şöbəsinin verdiyi rəsmi açıqlama yalandır:

“Təhsil qanunericiliyinə görə, məktəbdə problem olarsa, pedoqoji şura çağırılmalıdır. Bu şura mənim problemim olan zaman 15 gün ərzində bir dəfə də olsun çağırılmadı. Təhsil Şöbəsi də mənim problemimlə bağlı keçirdiyi iclasa məni dəvət etmədi. İndi müəllimlərin illik hesabatı üçün pedoqoji şura çağırılıb. Mən rüşvətxorlara niyə hesabat verməliyəm? Rayonumuzun Təhsil Şöbəsinə demişəm ki, problemlə bağlı verdiyiniz açıqlama səhvdir. Partaların sınması yalandır. Bunu hamı bilirdi. Direktor məktəbdə pulsuz danışıq klubu yaratdığıma görə belə edib”.

Fuad Mehrəliyev problemi həll etmək üçün Təhsil Şöbəsinin onu digər məktəbə göndərmək istədiyini bildirib:

“Direktor öz rüşvət xəstəliyinə görə məktəbin də uğur qazanmasını istəmir. Anlamır ki, məktəbin qazandığı uğur onun uğuru sayılacaq. Təhsil Şöbəsi də "məsələni araşdırırq" deyir. Amma bir nəticə yoxdur hələ. Məsələni unutdurmaq üçün gah şöbə rəhbərinin işdən çıxarıldığını deyirlər, gah da mənim yerimi dəyişmək istəyirlər. Mən də yalnız nazirliyin xətti ilə məktəbi dəyişəcəyimi bildirdim. Astaranın bütün orta məktəbləri Təhsil Şöbəsinə “haqq” verir. Heç kəs qorxusundan səsini də çıxarmır. Məktəbimizin müəllimləri də mənim haqlı olduğumu bilirlər. Amma onlar da səslərini çıxarmağa qorxular. Belə getsə, Astarada təhsil 10 ilə də düzəlməz. Hər şey bərbaddır”.

Qeyd edək ki, Astara rayon 2 saylı tam orta məktəbin ingilis dili müəllimi Fuad Mehrəliyev direktor Maya Həsənovadan şikayət edərək, onun məktəbdə pulsuz ingilis dili danışıq klubu açmasına qarşı olduğunu və ondan tez-tez partaların sınması, məktəbin təmiri və digər səbəblərlə pul tələb etdiyini bildirmişdi. Məsələ ilə bağlı rayon Təhsil Şöbəsi açıqlama yayaraq, mübahisənin partaların sınmasına görə olduğunu və Fuad Mehrəliyevə danışıq klubu üçün sinif otaqlarını ayırdığını və məsələnin hələ də araşdırıldığını bildirmişdi./axar.az

Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


18-06-2018 21:18



  (+994 70) 870-47-49       (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com