Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

03 İyun

2018
11:32
NASA-nın yeni missiya Günəş sisteminin üfüqlərini araşdıracaq

NASA-dan bildiriblər ki, Ulduzlararası Xəritəçəkmə və Sürətləndirmə Kəşfiyyat Peyki (IMAP) NASA-nın yeni kəşf missiyaları sırasına daxil olub.

FaktXəbər-in məlumatına görə, IMAP Günəş sisteminin başqa sistemlərlə mübadiləsini təmin edən maqnetik şar olan heliosfer təbəqəsində tədqiqatlar aparacaq. Günəş küləkləri adlandırılan və Günəşdən ayrılaraq uzaqlaşan maddi dalğaların hakim olduğu heliosfer təbəqəsində digər ulduz sistemlərindən qopan maddələrlə toqquşur. Bu toqquşma zərərli kosmik radiasiyanın Günəş sisteminə nüfuz etməsini əngəlləyir. IMAP-ın bu toqquşan maddələrdən nümunələr toplayıb araşdırması nəzərdə tutulur.

NASA-nın Elm Missiyaları direktor müavini Dennis Andrusyk yeni kosmos missiyası haqqında, "Günəş məhz bu sərhəd bölgəsində bizi qorumaq üçün iş görür. IMAP-ın araşdırması bu kosmik filtrin necə işlədiyini daha yaxşı dərk etməyimizi təmin edəcək", - deyib.

Andrusyk IMAP-ın tapıntılarının Günəş sistemindən kənara insanlı texnikalar göndərmək üçün də həlledici məlumatlar verəcəyini vurğulayıb.

Yeni kəşfiyyat peykinin 2024-cü ildə orbitə buraxılması planlaşdırılır.

Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin
Məqalədə : NASA Günəş sistemi 
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


23-09-2018 10:23



  (+994 70) 870-47-49       (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com