Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

03 İyun

2018
11:12
Kafu: DÇ2018-də Braziliya-Rusiya finalını gözləyirəm

Kalininqradda futbol üzrə 2018-ci il dünya çempionatının parkını ziyarət edən “Milan” futbol klubunun və Braziliya yığmasının keçmiş müdafiəçisi Markos Kafu şəhər gəzintisi ilə bağlı təəssüratlarında Rusiya yığma komandasının mundialda qələbə şansını qiymətləndirib.

FaktXəbər-in məlumatına görə, futbolçu şəhər gəzintisindən xoş təəssürat aldığını və burada özünü vətənindəki kimi hiss etdiyini deyib. O, dünya çempionatının yüksək səviyyədə keçiriləcəyinə ümidvar olduğunu əlavə edib.

Braziliyalı futbolçu çempionatda Rusiya yığmasının qələbə şansı ilə bağlı deyib: “Həqiqətən, mən hesab edirəm ki, Rusiya yığma komandasının dünya çempionatında qalib gəlmək üçün yaxşı şansı var. Komanda üçün vacib olan azarkeşlərin dəstəyi də buna imkan yaradır. Rusiya ilə Braziliya arasında final matçını gözləyirəm”.

Futbol üzrə XXI dünya çempionatı iyunun 14-dən iyulun 15-dək Rusiyanın 11 şəhərində keçiriləcək.

Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin
Məqalədə : Kafu Braziliya DÇ2018 
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


22-10-2018 03:19



  (+994 70) 870-47-49       (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com