Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

02 İyun

2018
15:08
İsrail rejimi tərəfindən şəhid edilən Qəzzanın `yardım mələyi` Rəzzan - VİDEO

Qəzzada İsrail rejimi əsgərlərinin növbəti qurbanı 2 ay ərzində mitinq meydanlarında güllələnənlərə köməyə çatan tibb bacısı Rəzzan olub.

FaktXəbər-in verdiyi məlumata görə, dünən Qəzza zolağında yenə fələstinlilər etiraz aksiyaları təşkil ediblər. İsrail əsgərlərinin açdığı atəşdən yaralananlara həmişə olduğu kimi yenə fələstinli tibb personalı yardım edib. 21 yaşlı tibb bacısı Rəzan əl-Nəccar da yaralılara kömək edən həkimlər arasında olub. Amma əsgərlər onu da güllə ilə vuraraq həyatına son qoyublar. 

21 yaşında olan və fələstinlilərin "yardım mələyi" adlandırdığı könüllü tibb bacısı Rəzan ən-Nəccar Qəzza sərhədində keçirilən dinc nümayişlərə müdaxilə edərək, qadın, uşaq, qoca və jurnalist bütün fələstinliləri şəhid edən İsrail əsgərlərinin növbəti qurbanı olub.

30 martda başlayan "Böyük Qayıdış Yürüşü"ndən iki sonra "Anadolu" müxbirinə verdiyi açıqlamada mitinqlər zamanı baş verən hadisələrdə fələstinlilərə könüllü şəkildə müdaxilə etməyin onun üçün asan qərar olmadığını demişdi.

Rəzzan Nəccar vəzifəsini davam etdirməkdə qərarlı olduğunu vurğulayaraq, "Ağ xalatım təmiz və qiymətli insanların qanıyla boyanıb. Mən bununla fəxr edirəm" -  söyləmişdi.

"Bu vəzifənin gənc bir qadın üçün asan olmadığını bilirəm, ancaq yaralılara və çətin vəziyyətdə olanlara yardım etmək üçün daxil olduğum bu yolu başa vurmağa qərarlıyam" - deyən Rəzzan, "Böyük Qayıdış Yürüşü" aksiyalarının 10-cu həftəsində Qəzza zolağının cənubundakı Xan Yunus şəhərinin İsrail sərhədində keçirilən aksiyalarda yaralanan fələstinlilərin köməyinə qaçarkən İsrail rejimi snayperlərinin qurbanı olub.

Qeyd edək ki, tarixi Fələstin torpaqlarındakı  İsrail işğalına qarşı müqavimətin  simvolu  halına gələn  Torpaq Gününün 42-ci ilində «Böyük Qayıdış Yürüşü» üçün Qəzzadakı sərhədə doğru hərəkətə keçilib. Fələstinin bayrağını daşıyan çox sayda insan 1948-ci ildə  torpaqlarından məcburi köçürülən fələstinlilərin  qayıtma haqqını müdafiə etmək və İsrailə etiraz üçün Qəzzanın Xan Yunus  şəhərinin şərqindəki İsrail sərhəddinə axın edib.


Məqalədə : Fələstin 
Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Dərsliklər təhvil verilmə vaxtı məlum oldu

02

İyun
17:31
ELM / TƏHSİL
250

İyunun 3-də dolların manata qarşı məzənnəsi

02

İyun
17:23
İQTİSADİYYAT
197

DİN metrodakı hadisə ilə bağlı açıqlama verdi

02

İyun
16:58
HÜQUQ,HADİSƏ
278

Masallının prokuroru işdən çıxarıldı

02

İyun
16:18
HÜQUQ,HADİSƏ
292

Salyanda avtomobil yolu yenidən qurulur

02

İyun
14:45
NƏQLİYYAT
247

Taliban lideri koronovirusdan ölüb

02

İyun
13:13
DÜNYA
528
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


03-06-2020 04:02





  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru