Gədəbəyin icra başçısı vəzifədən çıxarıldı

Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

01 İyun

2018
15:42
2333
Gədəbəyin icra başçısı vəzifədən çıxarıldı

Gədəbəy rayonunun icra hakimiyyəti başçısı Ramiz Yediyarov işdən çıxarılıb.

Bu barədə məlumatı Gədəbəy rayon İcra Hakimiyyətinin əməkdaşı təsdiqləyib.

“Bəli, xəbər doğrudur, başçı vəzifədən çıxarılıb. Artıq işdə deyil. Yerinə kimin təyin ediləcəyi haqda məlumatımız yoxdur, müxtəlif adlar çəkilir”-mənbə bildirib.

Prezident İlham Əliyevin icra başçısının işdən azad edilməsinə dair sərəncamının gün ərzində dərc ediləcəyi gözlənilir.

Ramiz Yediyarov bu vəzifəyə təyin olunmazdan əvvəl 14 saylı Şəmkir ərazi Vergilər İdarəsinin rəhbəri idi və keçmiş vergilər naziri Fazil Məmmədovun kadrı hesab edilirdi. Son vaxtlar rayondan onun barəsində çoxsaylı şikayətlər mətbuatda dərc olunurdu. Virtualaz.org da bir neçə dəfə Gədəbəydə sahibklarların sıxışdırılması problemləri barədə yazıb.(virtualaz.org)

Məqalədə : İcra başçısı 
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


17-08-2018 02:04



  (+994 70) 870-47-49       (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com