1 həftə çörək yeməsək nə baş verər? - TƏCRÜBƏ

Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

01 İyun

2018
15:23
3514
1 həftə çörək yeməsək nə baş verər? - TƏCRÜBƏ

Mütəxəssislər illərdir çörəyi qida rasionumuzdan çıxarmağı təklif edirlər. Bir həftə ərzində çörək yeməyən Gina Florio adlı qadın nəticədən olduqca məmnun olduğunu bildirir. Maraqlıdır, bir həftə çörək yeməsək nə baş verər?

FaktXəbər-in məlumatına görə, Gina Florio pəhrizin ilk vaxtlarında, xüsusilə səhər yeməyi ilə günorta saatları arasında çox acıdığını bildirir. O, səhər yeməyində çörək üstünə çəkərək yediyi armud əzməsini də məcburən menyudan çıxarır.

Çörəkdən imtinanın sonrakı günlərində idman edərkən və idman sonra özünü çox yorğun hiss etdiyini söyləyən Gina karbohidrogen çatışmazlığı ucbatından bədənində enerji çatışmazlığı yaşadığını bildirir. Buna görə bazar qaçışlarını da təxirə salmaq məcburiyyətində qalır.

Çörək yemədiyi üçün daha çox şirin qida istədiyini söyləyən Gina bu şəkildə daha çox kalori alaraq təmbəlləşdiyini və bundan nifrət etdiyini vurğulayır. O, əlavə olaraq bildirir ki, çörək yeyərkən bu cür şeylər hiss etmirmiş.

Təcrübəsinin sonlarında Gina çəkisinin azalmadığını bildirir. Gina çəkisinin azalmamasına iki səbəb göstərir. Bunlardan biri pəhrizin yalnız bir həftə davam etməsi, digəri isə karbohidratı tamamilə kəsməməsidir. Çörəyi qida rasionundan çıxarsa belə, kartof kimi karbonatlı məhsulları yeməyə davam edən Gina təcrübəsilə bağlı belə deyir:

Təcrübəmin sonunda başa düşdüm ki, bütün bunlar çörəyi qida rasionumdan çıxarmağa dəyməyəcək. Ancaq "hər gün çörək yeyəyək" də demirəm. Mənə xoş olan, başqasına xoş gəlməyə bilər. Amma nəticə olaraq yaxın zamanda çörəkdən imtina edəcəyimi düşünmürəm. Dadı gözəl, mənə enerji verir və onunla yollarımı ayırmağa hələ hazır deyiləm".

Məqalədə : çörək 
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


22-08-2018 01:23



  (+994 70) 870-47-49       (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com