Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

01 İyun

2018
09:21
Gürcüstanın baş naziri istefa verməkdən imtina edib

Gürcüstanın baş naziri Georgiy Kvirikaşvili bəyan edib ki, milli konqresin aksiyaları fonunda vəzifəsini tərk etmək niyyətində deyil. FaktXəbər "RİA Novosti"yə istinadən bildirir ki, o, eyni zamanda söyləyib ki, əgər istefası ölkəyə fayda verəcəksə, bunu mütləq edəcək.
 
"İstefamın ölkəyə kiçik xeyir belə gətirəcəyinə əmin olsam, bir an belə şübhə etməyəcəm. Amma indi belə bir vəziyyət yoxdur, hələ həmin vaxt yetişməyib. Mənim üçün ən önəmli ölkədə sabitliyi qorumaq və cəmiyyətimizin qoyduğu suallara tezliklə cavab verə bilməkdir",-deyə Georgiy Kvirikaşvili vurğulayıb.
 
Qeyd edək ki, Tiflisdə aksiya zamanı yeniyetmənin öldürülməsinə etiraz olaraq və insidentin araşdırılması tələbi ilə Gürcüstan parlamentinin binası qarşısında aksiya keçirilib.

Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin
Məqalədə : Gürcüstan etiraz 
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


19-10-2018 00:01



  (+994 70) 870-47-49       (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com