Oruc tutursunuzmu?

Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

31 May

2018
12:56
1768
Oruc tutursunuzmu?

Ramazan ayındayıq. Qurana baxdıqda iki növ orucdan bəhs edilir. Biri Həzrət Zəkəriyyə və Həzrət Məryəmə öyrədilən susma orucu, digəri isə demək olar ki, bəşəriyyət tarixiylə həmyaşıd olan Ramazan ayındakı oruc. Bunu haradanmı bilirik? "Ey iman gətirənlər, sizdən əvvəlkilərə yazıldığı kimi sizə (də) oruc yazıldı və qərara alındı, (ki,) bəlkə (ruhunuz qüvvətlənsin və nəfsi istəklərdən) çəkinəsiniz." (Bəqərə, 183) Bu ayədən yola çıxaraq yəhudilərin, xristianların və müşriklərin də oruc tutduqlarını görürük.

Və bu gün də orucun elmi olaraq bir çox faydasının olduğu sübut olunur. Bəs biz nə qədər oruc tuturuq? Təkcə ac qalmaqla oruc tutmuş oluruq, yoxsa?..

Bir məsələ var, bəlkə hamımız bilirik, amma təzələməkdə fayda var: Ramazan ayında gənc, cavan oğlan bir qoca görür və qoca gündüz olduğu halda yemək yeyirmiş. Oğlan qocanın yanına gələrək, "utanmırsınızmı, Ramazan günündə yemək yeyirsiz, hər kəs orucludur, sən niyə oruc tutmursan?", - deyir. Qocanın cavabı çox ibrətamiz olur: "Bəli oğlum, mədəmdə narahat olduğu üçün qarnıma oruc tutmuram, amma mən bu gün gözümlə harama baxmamışam, dilim yalan söyləməyib, heç kəsi incidəcək söz deməmişəm, ayağımla xeyirsiz yerə getməmişəm, əlimlə kimsənin malını oğurlamamışam, ürəyimdə həmişə Allahı xatırlamışam, qulaqlarımla pis söz eşitməmişəm. Yəni qısası, Allaha şükür, mədəmdən başqa bütün orqanlarımla oruc tutdum", - deyir. Gənc bunları eşidəndə pərt şəkildə qocanın yanından ayrılır.

Rəbbimiz oruc ayəsində bizə məsuliyyətdən və qorunmaqdan söhbət açır. Bəs nəyə qarşı məsuliyyət hiss etməli və nələrdən qorunmalıyıq? Acizanə məsuliyyət ən sadə nümunəsi ilə Həzrəti Nəbinin (s) dediyi kimi, yoldakı əngəli qaldırmaq deyilmi? Və ya qorunmaq; İnsana və insanlığa zərəri olan hər şeydən qorunmalıyıq. Bunların başında da şirk gəlir. Unutmayaq ki, Rəbbimiz buyurur: "Allah istəsə, bütün günahları bağışlayar, şirkdən başqa."

Bu Ramazanda İlahi kitabımız olan Quranı anlayaraq, hətta müqayisə edərək oxumalı və Rəbbimizi anlamağa çalışmalıyıq. Unutmayaq ki, Rəbbimiz bizim zərərimizə olan bir qayda qoymaz. Əgər bir qayda varsa, o qaydada mütləq bizim xeyirimizə olan bir şey var. Əhəmiyyətli olan, oradakı hikməti dərk etməkdir. O hikməti dərk etməyimiz üçün vəhyi dərk etməyimiz lazımdır. Rəbbimiz hamımıza başda nəfsimiz olmaqla, ürəyimizə, əlimizə, gözümüzə, qulağımıza, ayağımıza, dilimizə, düşüncəmizə, ağlımıza haqqı ilə oruc tutmağı nəsib etsin. Başda şirkdən olmaqla, bütün pisliklərdən təmizlənərək bayrama qovuşmağı nəsib etsin inşallah.

Muhittin Kandırmaz / Türkiyəli yazar

Məqalədə : Ramazan ayı 
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


20-08-2018 12:29



  (+994 70) 870-47-49       (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com