Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

31 May

2018
12:18
1866
Televiziyaya ilk süni intellektli robot diktor çıxarılır - VİDEO

Çinin cənubunda yerləşən Guangşi Cuang muxtar bölgəsindəki yerli televiziya kanalında süni intellektli robotun diktor kimi proqram aparmağa başlayacağı bildirilib.

FaktXəbər-in məlumatına görə, bölgənin paytaxtı Nanningdə yayımlanan Nanning TV-də 29 kiloqram ağırlığı və 1,21 metr boyu olan robotun 6 iyunda xəbər proqramı ilə tamaşaçıların qarşısına çıxacağını bildirib.

"Çao Ning Şiaobay" (Super kiçik ağ) adı verilən süni intellektli diktorun yeni media mövzulu proqram təqdim edəcəyi qeyd olunub. Danışan və rəqs edə bilən robotun batareyaları 12 saata qədər enerji saxlayır.

Çin Dövlət Şurasının keçən ilin iyul ayında dərc olunan hesabatında süni intellekt sənayesinin inkişafda yeni təkan ola biləcəyi vurğulanmışdı.

Hesabata görə, Çin süni intellekt sahəsində 2020-ci ilə qədər əhəmiyyətli innovasiya mərkəzi halına gəlməyi və 2030-cu ildən etibarən isə bu sahədə dünyanın lideri olmağı hədəfləyir.

Məqalədə : süni intellekt 
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


24-06-2018 01:13



  (+994 70) 870-47-49       (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com