Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

31 May

2018
11:33
2304
`Keşikçidağ` ərazisi partlamamış sursatlardan təmizlənib

Prezidenti İlham Əliyevin Sərəncamı ilə yaradılmış “Keşikçidağ” Dövlət Tarix-Mədəniyyət Qoruğunun yerləşdiyi ərazidə 1948-ci ildən 1990-cı ilədək SSRİ-nin Qafqazda ən böyük hərbi poliqonlarından biri yerləşib.

Keşikçidağ mağaralar kompleksinin yerləşdiyi ərazinin ətrafında uzun illər hərbi və artilleriya təlimləri keçirildiyindən ərazidə çoxlu sayda partlamış və partlamamış sursata rast gəlinirdi. 

Qoruğun direktoru Musa Mursaquliyev AZƏRTAC-a bildirib ki, 2018-ci ilin əvvəllərində Mədəniyyət Nazirliyinin təşəbbüsü ilə qoruğun yerləşdiyi ərazidə qoruq əməkdaşlarının və qoruğa gələn vətəndaşların təhlükəsizliyini təmin etmək məqsədilə ərazinin mina və partlamamış hərbi sursat qalıqlarından (PHS) təmizlənməsi üçün Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyinin (ANAMA) Ağstafa rayonunun Saloğlu qəsəbəsində yerləşən bölməsi ilə danışıqlar aparılıb və sözügedən ərazidə qoruq əməkdaşlarının iştirakı ilə birgə fəaliyyət aparılması barədə razılığa gəlinib. ANAMA qoruq əməkdaşlarının nəzarəti ilə “Keşikçidağ” Dövlət Tarix-Mədəniyyət Qoruğunun ərazisində yerləşən abidələrə zərər vermədən çoxlu sayda təlim məqsədli, partlamamış hərbi sursat qalıqları aşkarlayıb və qoruq ərazisindən kənarda beynəlxalq minatəmizləmə standartlarına uyğun zərərsizləşdirib.

Hərbi sursatların təmizlənməsindən öncə həmin ərazidə yerləşən tarixi abidələrin, kurqanların qorunması məqsədilə “Keşikçidağ” Dövlət Tarix-Mədəniyyət Qoruğunun əməkdaşları ilə birlikdə kəşfiyyat işləri aparılaraq ANAMA-nın əməkdaşları məlumatlandırılıb.

Agentliyin müvafiq qrupu tərəfindən yekun monitorinq və keyfiyyət yoxlaması tədbirləri aparılıb, ərazinin sursatlardan təmizlənməsi işləri uğurla yekunlaşıb.

Məqalədə : partlamamış sursatlar 
Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Masallıda zəlzələ olub

16

İyun
10:51
ÖLKƏ
1704

Ələt-Şirvan dəmiryolu xəttində yanğın - VİDEO

15

İyun
14:27
HÜQUQ,HADİSƏ
1460

Azərbaycan neftinin qiyməti 64 dolları keçib

15

İyun
13:58
İQTİSADİYYAT
431

Sabahın hava proqnozu açıqlanıb

15

İyun
13:40
ÖLKƏ
197

Azərbaycan avtomobil idxalını 2,1 dəfə artırıb

15

İyun
10:00
İQTİSADİYYAT
1174

Metroda təhlükəli anlar

14

İyun
21:02
HÜQUQ,HADİSƏ
969
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


16-06-2019 13:36



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru