Bu gün İmam Həsənin (ə) mövlud günüdür

Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

31 May

2018
09:27
2194
Bu gün İmam Həsənin (ə) mövlud günüdür

Bu gün Peyğəmbərimizin (s) sevimli nəvəsi, İmam Əlinin (ə) və Həzrəti Fatimənin (s.ə) böyük oğlu, müsəlmanların 2-ci imamı Həsənin (ə) mövlud günüdür.

İmam Həsən (ə) hicrətin 3-cü ilində Mübarək Ramazan ayının 15-də Mədinə şəhərində dünyaya göz açıb. O Həzrətin (ə) Seyyid, Sibt, Əmin, Hüccət, Nəqi, Zəki, Zahid və Müctəba kimi ləqəbləri vardır ki, sonuncu daha məşhurdur. Atasının şəhadətindən sonra (hicrətin qırxıncı ilindən) on il müddətinə qədər müsəlmanlara imamlıq edib, hicrətin əllinci ilində Müaviyənin hiyləsi ilə zəhərlənib və şəhadətə qovuşub. İmam Həsənin (ə) müqəddəs məzarı Mədinə şəhərindəki Bəqi qəbiristanlığındadır.

Bu mübarək gün münasibəti ilə bütün müsəlmanları təbrik edirik, onlara imam Həsən (ə) müdrikliyi və səbirini diləyirik!

Məqalədə : İmam Həsən (ə) 
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


20-08-2018 12:29



  (+994 70) 870-47-49       (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com