Azərbaycan Ordusunun Naxçıvan istiqamətində irəliləməsini Ermənistan təsdiqlədi

Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

30 May

2018
15:03
5918
Azərbaycan Ordusunun Naxçıvan istiqamətində irəliləməsini Ermənistan təsdiqlədi

Ermənistan Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəhbəri Artsrun Ovannisyan Vayotsdzor əyalətinin Arena kəndi yaxınlığında Azərbaycan ordusunun irəliyə gedərək əlverişli mövqe tutması xəbərini şərh edib.

Qeyd edək ki, sosial şəbəkə istifəçisi erməni Siuranuş Tumanyan öz səhifəsində foto yerləşdirərək, bunun Azərbaycan postu olduğunu və ordan Aren kəndinin tamam göründüyünü və bununla əlaqədar kənddə panika olduğunu bildirib.

FaktXeber.com-un erməni KİV-lərinə istinadən verdiyi məlumata görə, Müdafiə Nazirliyinin sözcüsü bu xəbəri demək olar ki, təsdiqləyib.

"Ermənistan Silahlı Qüvvələri sərhəd boyu döyüş növbəsi çəkir... Sosial şəbəkələrdə qeyd edilən ərazilərdə də  işlər görülür. Göstərilən rayonun sakinləri bunu yaxşı bilir və onlarla mütəmadi müzakirələr aparılır. Bizim döyüş qabiliyyətimiz hansısa bir döyüş mövqeyi, yaxud strateji cəbhədə yüksəkliklə müəyyənləşmir", - deyə Ovannisyan  özünün Facebook səhifəsində bəyan edib.

O, həmçinin bildirib ki, sosial şəbəkədə dərc olunanlar onların işlərinə mane olur.

Xatırladaq ki, bir neçə gün öncə,  “Vkontakte” sosial şəbəkəsindəki “Hərbi Xəbərlər” qrupunda yayılan məlumata əsasən düşmənə Şərur rayonunun Günnüt kəndini nəzarətdə saxlamağa imkan verən, dəniz səviyyəsindən 1683 metr hündürlükdə yerləşən Qızılqaya yüksəkliyi ordumuzun bölmələri tərəfindən tutulub. Bu yüksəkliyin ən böyük strateji əhəmiyyəti Yerevan-Gorus-Qafan-Laçın avtomobil yoluna nəzarət etməyə imkan verməsidir.

Günnüt kəndinin ətraf yüksəklikləri 1992-ci il mayın 9-da Ermənistan silahlı bölmələri tərəfindən tutulmuşdu və nəticədə düşmən həmin kəndi atəş altında saxlaya bilirdi. Kənd Azərbaycan və Ermənistan silahlı qüvvələrinin postları arasında neytral zonada qalmışdı. Lakin ordumuzun son əməliyyatından sonra bu kənd atəş altından çıxarılıb.

Azərbaycan Müdafiə Nazirliyi Naxçıvan istiqamətində ordumuzun mövqelərini irəli çəkməsi barədə məlumatlara şərh vermir. Ermənistanda isə hərbi reportyor, “Hetq” online-nəşrinin baş redaktoru Edik Bağdasaryan Azərbaycan ordusunun Naxçıvan istiqamətində irəliləyərək “böyük ərazini” nəzarətə götürdüyünü bildirmişdi.

Məqalədə : Naxçıvan 
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


22-08-2018 05:12



  (+994 70) 870-47-49       (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com